• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm

Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
17.11.2019 16:56
Türk televiziya seriallarının 146 ölkədə tamaşaçı auditoriyası var. 
Anews.az  modern.az-a istinadən bildirir ki, Anadolu agentliyinin məlumatına görə, Türkiyə bu göstərici üzrə yalnız ABŞ-dan geri qalır. Qeyd olunur ki, Avropa, Yaxın Şərq, Mərkəzi Asiya, Afrika və Amerikada bu ölkədə istehsal olunmuş teleseriallara 700 milyondan çox tamaşaçı baxıb. Onların nümayişindən əldə olunan gəlir isə 500 milyon dollara çatıb.
Agentliyin məlumatına görə, xarici ölkələrdə ən çox tamaşaçısı olan "Möhtəşəm yüz il" serialı 70 ölkədə 500 milyona yaxın tamaşaçı toplaya bilib. Digər populyar ekran əsərləri sırasında "Diriliş: Ərtoğrul", "Qara para eşq", "Adını Fəriha qoydum", "Gümüş" və "Fatmagülün suçu nə?" teleserialları var.
 
Türk teleserialları arasında xarici televiziya bazarına ilk ixrac edilən film 1975-ci ildə lentə alınmış və 1981-ci ildə Fransaya satılmış "Aşk-ı Məmnu" olub. Bu serialların MDB məkanında Azərbaycan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanda, habelə Balkan ölkələrində daha populyar olduğu bildirilir. Məşhur futbolçu Lionel Messi də "Qara para eşq" serialına baxdıqdan sonra təəssüratını "Instagram" səhifəsində bölüşüb. "Diriliş: Ərtoğrul" serialı isə Venesuela Prezidenti Nikolas Maduronun sevimli filmlərindən biridir. Son məlumata əsasən, ən tanınmış Netflix yayım şirkəti dörd türk serialının yayım haqlarını satın alıb

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Prezident Xuraman Qasımovanı təltif etdi
İqtisadiyyat 16:05
Prezident Xuraman Qasımovanı təltif etdi
Məleykə Əsədova evini satışa çıxardı - ŞOK QİYMƏT - VİDEO
İqtisadiyyat 03:13
Məleykə Əsədova evini satışa çıxardı - ŞOK QİYMƏT - VİDEO
Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
İqtisadiyyat 16:56
Türk serialları ölkəyə nə qədər gəlir gətirib? - Fantastik rəqəm
Bu bankdan  Xalq artistinə- ŞOK XƏBƏR – EVİ TƏRK ETMƏSİ TƏLƏB EDİLİR
İqtisadiyyat 11:06
Bu bankdan Xalq artistinə- ŞOK XƏBƏR – EVİ TƏRK ETMƏSİ TƏLƏB EDİLİR
Rusiya ABŞ-a nota göndərdi
İqtisadiyyat 21:20
Rusiya ABŞ-a nota göndərdi
1934. “Köhnə inturist”: Yeni əfsanənin doğuluşu – MÜSAHİBƏ
İqtisadiyyat 17:01
1934. “Köhnə inturist”: Yeni əfsanənin doğuluşu – MÜSAHİBƏ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol