• $ 1.7
  • € 1.9834
  • ₽ 0.02171
  • ₺ 0.0382
  • £ 2.2781

Azərbaycan Beynəlxalq Bankında robot!

Azərbaycan Beynəlxalq Bankında robot!
29.05.2020 04:53
Azərbaycan Beynəlxalq Bankı daha bir innovativ yeniliyi ilk dəfə ölkəmizə gətirib. Bankda "IBA Bot” adlı robot fəaliyyətə başlayıb.

Azərbaycan Beynəlxalq Bankının Bakı şəhəri Nizami küçəsi – 67 ünvanındakı Müştəri Xidməti Departamentinə müraciət edən müştəriləri bundan sonra "IBA Bot” qarşılayacaq. Onların suallarını cavablandıracaq. Bank xidmət və məhsullarından istifadə zamanı müştərilərə istiqamət verəcək.

Azərbaycan Beynəlxalq Bankının müştəriləri "IBA Bot”un zəka və bacarıqlarına güvənə bilərlər. O, müştərilərlə çox asan və rahat ünsiyyət  qura bilir. Onların simasını yadında saxlayır. Banka növbəti dəfə gələrkən müştəriləri adları ilə tanıyır. "IBA Bot” bank xidmət və məhsulları haqqında yetərincə məlumatlıdır.
 
Müştərilər bütün suallarına ondan cavab ala bilərlər. Robot müştəriləri xidmət üçün müvafiq bölmələrə istiqamətləndirmək bacarığına sahibdir.

Elektron növbə cihazı ilə inteqrasiyadan sonra müştərilər öz növbə nömrələrini də birbaşa "IBA Bot”dan alacaqlar. Eyni zamanda, robot gələcəkdə digər bank sistemlərinə də inteqrasiya edərək bəzi xidmətləri göstərə biləcək.

Azərbaycan Beynəlxalq Bankının Filiallarla iş departamentinin direktoru Emil Qədimov bildirib: "Xidmət ofislərində bu cür robotlardan istifadə, hazırda dünyanın bir çox banklarının istifadə etdiyi praktikadır. Yenilikçi bank olaraq biz də bu təcrübəni ilk dəfə ölkəmizə gətirdik. "IBA Bot” adlı yeni əməkdaşımızla ünsiyyət, onun köməyindən istifadə müştərilərimiz üçün faydalı olacaq”.  
  
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl və gümüş ucuzlaşıb

Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
İqtisadiyyat 10:08
Bank Respublika və EMTA arasında əməkdaşlıq müqaviləsi imzalandı
“Brent” nefti bahalaşıb
İqtisadiyyat 10:00
“Brent” nefti bahalaşıb
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
İqtisadiyyat 09:37
“Azeri Light” neftinin qiyməti 125 dolları ötüb
Avro və rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:30
Avro və rubl bahalaşıb - məzənnə
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
İqtisadiyyat 14:35
PAŞA Sığorta 2025-ci ildə xalis mənfəətini azaldıb
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
İqtisadiyyat 14:33
PAŞA Həyat Sığorta 2025-ci ildə xalis mənfəətini 10% artırıb
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
İqtisadiyyat 13:10
“PAŞA Sığorta” 2025-ci il üzrə maliyyə nəticələrini açıqlayıb
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
İqtisadiyyat 11:32
Yelo Bank-dan biznesini genişləndirmək istəyənlərə özəl fürsət
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol