• $
  • €
  • ₽
  • ₺
  • £

“Saudi Aramco” gələn ay neft tədarükünü yüksək səviyyədə saxlayacaq

“Saudi Aramco” gələn ay neft tədarükünü yüksək səviyyədə saxlayacaq
16.03.2020 21:30
Dünyanın aparıcı, Səudiyyə Ərəbistanının isə milli neft istehsalçısı - "Saudi Aramco” şirkəti gələn ay gündəlik neft tədarükünün həcmini 12,3 milyon barel səviyyəsində saxlamaq niyyətindədir.


"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şirkətin rəhbəri Əmin Nasir bildirib.


"Apreldə bizim gündəlik hasilatımızın həcmi 12 milyon barel olacaq, daha 300 min barel nefti isə anbarlarımızdan cəlb edəcəyik. Sonrakı planlarımız ehtiyaca görə tərtib ediləcək. Biz hasilatı bazarın ehtiyacını öyrənərək yalnız bir aylıq müddətə planlaşdırırıq” – deyən şirkət rəhbəri əlavə xərclər çəkmədən bir il müddətində maksimum güc həddində çalışa biləcəklərini də dilə gətirib.


"Saudi Aramco” neftin lap aşağı qiymətinə başqa iri şirkətlərə nisbətən daha uzun müddət tab gətirmək iqtidarındadır” – deyən Ə.Nasir mövcud qiymətlərin onlar üçün sərfəli olduğunu, səhmdarları və tərəfdaşları qarşısındakı öhdəliklərini yerinə yetirməyə imkan verdiyini də qeyd edib.


Xatırladaq ki, ötən həftə Səudiyyə Ərəbistanı hökuməti aprel ayında tədarük edəcəkləri neftin qiymətində rekord həddə endirimə getdiklərini, gündəlik hasilatı 13 milyon barelə çatdırmaq niyyətində olduqlarını açıqlamışdı. Bu açıqlama OPERC+ formatında hasilatın daha da azaldılmasına dair Rusiyaya razılaşmanın baş tutmamasından sonra verilib. 


Bu gün London əmtəə birjasında "Brent” markalı neftin qiyməti əvvəlki hərraca nisbətən 10,5% azalaraq 30,3 ABŞ dollarına, Nyu-York əmtəə birjasında isə WTI markalı neftin isə qiyməti 8% azalaraq 29,53 ABŞ dollarına düşüb. 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol