• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank POS terminallar üzrə xidmət haqqını ləğv etdi

Kapital Bank POS terminallar üzrə xidmət haqqını ləğv etdi
11.04.2020 10:22

 
Kapital Bank ölkədə xüsusi karantin rejiminin tətbiq olunması səbəbindən müştərilərə bir sıra güzəştlər təqdim edir. Asan olmayan bu şəraitdə ən çox ziyan çəkən sahələrdən biri də sahibkarlardır. Bunu nəzərə alaraq, Kapital Bank sahibkarlar üçün növbəti güzəşt imkanını verir.
 
İndiyədək Kapital Bank-ın POS terminalını əldə edən sahibkarlar, aylıq dövriyyəsindən asılı olaraq, xidmət haqqı ödəyirdilər. Mövcud vəziyyəti nəzərə alaraq, sahibkarlardan aprel ayı üzrə xidmət haqqı tutulmayacaq. Bunu etməklə Bank, hər zaman sahibkarlığı dəstəklədiyini, vəziyyətdən asılı olmayaraq optimal şərtlər təqdim etməsini bir daha sübut edir.
 
Qeyd edək ki, Kapital Bank-ın çox funksiyalı Smart Kassa və POS-terminallarını əldə etmək istəyənlər 196 Sorğu Mərkəzinə və ya (+99 450) 255-01-96 qaynar xəttinə müraciət edə bilərlər. Kapital Bank kiçik və orta sahibkarlığın inkişafına və maliyyələşməsinə böyük önəm verir və hər bir müştərinin istəyinə uyğun "Təməl”, "Uğur”, "İnkişaf” və "Zirvə” adlı sərfəli tarif paketlərini təqdim edir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol