• $
  • €
  • ₽
  • ₺
  • £

11.04.2020 11:39

 
Hər zaman xidmətlərini istifadəçilərin tələbləri əsasında formalaşdıran "Nar”,   xüsusi karantin rejimində müştərilərinə dəstək məqsədilə, yeni formatda nömrə satışına başlayıb. Pandemiya müddətində müştərilər "narsim.az" vebsaytı üzərindən almaq istədikləri nömrəni seçib birbaşa evə çatdırılma xidmətindən yararlana bilərlər. Çatdırılma sifarişin verildiyi müddətdən sonra 24 saat ərzində həyata keçirilir.

Yeni xidmətdən istifadə etmək üçün müştərilər "narsim.az" saytında nömrə sifarişi zamanı müvafiq bölmədə yaşayış ərazisini qeyd etməlidirlər. Bundan sonra, yaxın ərazi üzrə təyin olunmuş diler müştəri ilə əlaqə saxlayaraq ünvana çatdırılmanı təmin edir. Qeyd edək ki, bu xidmətdən paytaxt sakinləri ilə yanaşı, digər bölgələrdə yaşayan vətəndaşlar da yararlana bilərlər.

Mobil operatorun koronavirusla mübarizəyə dəstək məqsədilə yeni istifadəyə verdiyi digər bir xidmət də "Səyyar Nar” layihəsidir. Bu xidmət vasitəsilə abunəçilər evdən çıxmadan "Nar" xidmət mərkəzlərində göstərilən bütün xidmətləri əldə edə bilərlər. Müraciətlər 777 ‘Çağrı mərkəzi’ üzərindən qəbul edilir. Müraciət zamanı xidmətin göstəriləcəyi dəqiq ünvan, əlaqə nömrəsi və lazım olan xidmət növü qeyd edilməlidir.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. "Nar” şəbəkəsi hazırda ölkə ərazisinin 97,7%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir və 8700-dən artıq baza stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
 

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol