• $
  • €
  • ₽
  • ₺
  • £

Böyük ürəyə sahib “Qırmızı ürəklər”!

Böyük ürəyə sahib “Qırmızı ürəklər”!
25.04.2020 11:11

 
Son zamanlar ölkədə xüsusi karantin rejimi şəraitində dövlət qurumları ilə yanaşı, şirkətlər və ayrı-ayrı insanlar bir sıra xeyriyyə tədbirləri, yardım aksiyaları həyata keçirirlər. Sözügedən dəstək aksiyalarına Kapital Bank-ın əməkdaşları da qoşulub. Bankın yardım fonduna ayırdığı vəsait, sahibkarlara, təqaüdçülərə və digər müştərilərə etdiyi güzəştlərlə yanaşı, əməkdaşları tərəfindən təşəbbüs qrupu da yaradılıb.
 
Kapital Bank-ın əməkdaşlarının təşəbbüsü ilə yaradılan  "Qırmızı ürəklər” könüllülər qrupu Bakı ilə yanaşı regionlarda da xeyriyyə aksiyaları keçirir, imkansız, çoxuşaqlı ailələri, əlilləri, yaşlı insanları ziyarət edir, onlara ərzaq və gündəlik tələbat məhsulları təqdim edir. Bu günə qədər "Qırmızı ürəklər” ölkənin 50-dək rayonda xeyriyyə aksiyaları təşkil edilib, 1000-ə yaxın aztəminatlı ailələrə yardım göstərilib.
 
"Son aylar ərzində ölkədə mövcud rejimlə əlaqədar müxtəlif sosial aksiyalar təşkil olunur. Kapital Bank da keçirilən dəstək və ianə tədbirlərinə qoşulub. Bu haqda artıq müxtəlif resurslar vasitəsilə məlumat vermişik. Bu gün mən bankın deyil, məhz bank əməkdaşlarının təşəbbüsünü qeyd etmək istərdim.  Sevindirici hal odur ki, əməkdaşlarımızın yaratdıqları "Qırmızı ürəklər” könüllülər qrupu pandemiya dövründə çətinlik çəkən ailələrə qarşı biganə qalmayaraq bir çoxlarına dəstək oldu. Bildirim ki, təşkil etdikləri tədbirlər və xərclənən vəsait əməkdaşlarımız tərəfindən könüllü şəkildə həyata keçirilir. Belə gözəl layihəni həyata keçirdikləri üçün hər bir əməkdaşımıza təşəkkürümü bildirirəm və onlarla qürur duyuram”, - deyə, Kapital Bank-ın İdarə Heyətinin sədri Rövşən Allahverdiyev bildirib.
 
Qeyd edək ki, hazırda 100-dək üzvü olan təşəbbüs qrupu, 2019-cu ilin dekabr ayında yaradılıb. Qrupun əsas fəaliyyət istiqaməti uşaq evlərinə, sığınacaqlara yardım etməkdir. Təşəbbüs qrupu tərəfindən Azərbaycan Uşaqlar Birliyi Uşaq Reinteqrasiya mərkəzinə, Saray qəsəbəsində yerləşən Sosial Əmək fondunun nəzdində yerləşən 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisəsinə və digər yerlər də dəfələrlə ziyarətlər təşkil olunub. Hazırki pandemiya şəraitinə biganə qalmayan "Qırmızı ürəklər”, istisna olaraq aztəminatlı ailələrə də kütləvi yardımlar həyata keçirir.
 
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
İqtisadiyyat 16:39
Kapital Bank yeni konseptli ilk filialı ilə Gəncədə
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
İqtisadiyyat 14:40
Bağırov: 2027-ci ildə Azərbaycana 19 milyard dollarlıq idxal gözlənilir
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
İqtisadiyyat 14:30
Taleh Kazımov deputatların qaldırdığı iradlara münasibət bildirib
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
İqtisadiyyat 14:18
BP-nin AGT regionu üzrə xərcləri 28%-ə yaxın artıb
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
İqtisadiyyat 13:50
Vətəndaşlara ƏDV-dən 157 milyon manat qaytarılıb
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
İqtisadiyyat 12:48
Azərbaycan xarici investisiyalar üçün əlavə stimullar hazırlayır
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
İqtisadiyyat 12:40
Azərbaycan informasiya və rabitə sektorunda ildə 11%-dən çox artım gözləyir
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat 12:34
Azər Badamov: Satınalma prosedurları layihələrin icrasını ləngidir
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
İqtisadiyyat 12:33
İqtisadiyyat Nazirliyinin artım proqnozları Mərkəzi Bankın qiymətləndirmələrini üstələyir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol