• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq

Kapital Bank-ın maliyyə partnyorluğu ilə Vergi Xidməti ƏDV-lərin bir hissəsini geri qaytaracaq
29.05.2020 02:10
2019-cu ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, istehlakçılara pərakəndə ticarət və iaşə obyektlərində alınan mallara görə ödənilən Əlavə Dəyər Vergisinin (ƏDV) bir hissəsini geri almaq mümkün olacağı barədə məlumat verib. Kapital Bank-ın maliyyə partnyorluğu ilə təqdim olunan layihə çərçivəsində artıq istehlakçılar ödədikləri ƏDV-nin bir hissəsini geri ala biləcəklər.
 
Bunu həyata keçirmək üçün istehlakçı www.edvgerial.az saytına daxil olub, elektron kabinet yaratmalıdır. Qeydiyyat zamanı şəxsiyyəti təsdiq edən sənədin fərdi identifikasiya nömrəsi (FİN), doğum tarixi və mobil telefon nömrəsi qeyd olunmalıdır. ƏDV qeyd olunan obyektlərdən toplanılan kassa çekləri əsasında geri qaytarılır. Bunun üçün bir neçə məqama diqqət yetirmək lazımdır: istehlakçı fiziki şəxs olmalıdır, satıcı ƏDV ödəyicisi olmalıdır, həmçinin ödəniş zamanı yeni nəsil kassa aparatlarından istifadə etmək zəruridir.
 
İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində portal vasitəsilə müraciət etməli və çek barədə məlumatları – çekinin 12 simvollu fiskal İD-sini elektron kabinetə daxil olmaqla əlavə etməlidir. Eyni zamanda istehlakçı BirBank mobil tətbiqinin QR Pay xidmətindən istifadə edərək, çəkin üzərində olan QR kodu skan edib, onu daha tez və rahat şəkildə portala yükləyə bilər. QR Pay xidmətindən yararlanmaq üçün həm portal, həm də BirBank eyni mobil nömrə ilə qeydiyyatdan keçirilməlidir.
 
Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinetindəki virtual "pul qabı”na yerləşdirilir. İstifadəçi toplanan vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Qeyd edək ki, yanacaqdoldurma məntəqələri daxil olmaqla neft-qaz məhsullarına görə edilən ödənişlərə görə ƏDV geri qaytarılmır. Həmçinin, Kapital Bank tərəfindən ƏDV-nin geri qaytarılması ilə bağlı əməliyyatlar üzrə komissiya tətbiq olunmur.
 
ƏDV-nin qaytarılması ilə bağlı video təlimat: www.youtube.com/watch?v=9r52-BqCI_U
 
Xatırladaq ki, ölkə üzrə ən məşhur olan BirBank tətbiqinin 1 milyondan artıq istifadəçisi var. iOS və Android əməliyyat sistemlərinin istifadəçiləri 1 dəqiqə vaxt sərf edərək, onlayn qeydiyyatdan keçməklə xidmətdən yararlana bilərlər. Tətbiqin bir sıra üstünlükləri vardır: rahat qeydiyyat, yerinde digital kartın aktivləşdirilməsi, NFC odənişlər, bonuslarin toplanılması və s. Ətraflı məlumat üçün www.birbank.az və ya 196 Məlumat Mərkəzi.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol