• $ 1.7
  • € 2.0272
  • ₽ 0.022385
  • ₺ 0.0391
  • £ 2.3378

Bu şəxslərin kreditin borcu silinəcək? - AÇIQLAMA

Bu şəxslərin kreditin borcu silinəcək? - AÇIQLAMA
28.06.2020 13:43
"COVİD-19-la mübarizədə ön cəbhədə dayanan tibb işçilərinə müəyyən imtiyazlar verilə bilər. Ancaq bu o demək deyil ki, banka olan borcların hamısı silinməlidir. Bu elə məsələdir ki, istənilən bank bunu könüllülük prinsipi əsasında həyata keçirə bilər. Sadəcə qanunla hansısa bankı kredit borcu olan tibb işçisinin borclarının silinməsinə güzəşt etməyə məcbur etmək doğru deyil”.


Anews.az xəbər verir ki, bu fikirləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev koronaviruslu xəstələrlə mübarizədə çalışan tibb işçilərinin kredit borclarının silinməsi məsələsinə münasibət bildirərkən deyib. Komitə sədri tibb işçilərinə güzəşt və imtiyazların verilməsini də istisna etməyib:

"Tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı cənab prezidentin sərəncamı var. Nazirlər Kabineti onların əmək haqlarını artırıb. Qanunla tibb işçilərinə güzəşt və imtiyazlar verilə bilər. Peşə xəstəliyi və xəsarəti səbəbindən koronavirusla mübarizədə sağlamlığını itirən tibb işçilərinə, polislərə, sosial təminat işçilərinə əlavə sığorta haqları tətbiq oluna bilər. Bunlar emosional təkliflər səsləndirməklə yox, qanunla tənzimlənən məsələlərdir. Düşünürəm ki, qanuna əlavə və dəyişikliklər də etmək olar. Kiminsə bank borcu silinsin, ictimai nəqliyyatdan pulsuz istifadə etsin, kommunal xərclərdən azad olunsun kimi təkliflər çox ola bilər. Hesab edirəm ki, bunların hamısı qanunla tənzimlənməlidir”.Modern.az
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
İqtisadiyyat 16:05
Azərbaycan–Türkiyə ticarəti 2025-ci ildə 6,7% azalıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:37
Azərbaycan nefti bahalaşıb
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
İqtisadiyyat 23:30
Qızılın qiyməti 4 800 dollardan aşağı düşüb
"Azəralüminium"un ixrac gəlirləri artıb
İqtisadiyyat 15:40
"Azəralüminium"un ixrac gəlirləri artıb
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
İqtisadiyyat 15:23
Türkiyə Liviya qazını İtaliyaya yönəltməyi, əvəzində Azərbaycan qazı ilə svop mexanizmi tətbiqini müzakirə edir
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
İqtisadiyyat 14:53
Poti–Bakı ekspres blok-qatarı istifadəyə verilib
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
İqtisadiyyat 14:11
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
İqtisadiyyat 14:09
Yelo Bank-ın dəstəyi ilə Mastercard-ın "Customer Tech Conference 2026" tədbiri keçirilib
"AzerGold"un ixrac gəlirləri artıb
İqtisadiyyat 13:44
"AzerGold"un ixrac gəlirləri artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol