• $ 1.7
  • € 2.0185
  • ₽ 0.022222
  • ₺ 0.0392
  • £ 2.3247

Avronun güclənməsi səbəbindən Avrozonada inflyasiya mənfi olaraq qalacaq

Avronun güclənməsi səbəbindən Avrozonada inflyasiya mənfi olaraq qalacaq
29.09.2020 22:00
Avropa Mərkəzi Bankı (ECB) iqtisadiyyatın bərpası perspektivlərini qaraldan koronavirus pandemiyası fonunda lazım gələrsə, əlavə monetar stimullaşdırıcı tədbirlər tətbiq etməyə hazırdır.

Anews.az "Bloomberg”ə istinadən xəbər verir ki, bu barədə ECB sədri Kristin Laqard bildirib.

Avropalı qanunvericilər önündə çıxış edən K.Laqard istehlakçıların pul xərcləməyə ehtiyatla yanaşdıqlarını, şirkətlərin isə investisiya yatırmaq istəmədiklərini qeyd edərək Avrozonanın iqtisadi dirçəlişini qeyri-müəyyən və natamam adlandırıb.

"Səhiyyə sahəsindəki böhran iqtisadi fəallığa təzyiq göstərməyə davam edəcək və iqtisadi proqnoz üçün azalma riskləri yaradacaq”, - deyə K.Laqard Avropa Parlamentinin İqtisadiyyat və Pul Məsələləri Komitəsinin üzvləri ilə videokonfrans zamanı söyləyib.

Onun sözlərinə görə, ECB-nin İdarə Heyəti zərurət halında bütün alətlərini yenidən nəzərdən keçirməyə hazırdır. COVID-19 xəstələrinin sayının artması yeni məhdudiyyətlərlə təhdid edir ki, bu da infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə bu ilin əvvəlində tətbiq olunan lokdaunların aradan qaldırılmasından sonra əldə edilmiş iqtisadi inkişafa maneə yaradır.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın BOKT sektorunun aktivləri 2025-ci ildə 25% artıb – Mərkəzi Bank
İqtisadiyyat 11:49
Azərbaycanın BOKT sektorunun aktivləri 2025-ci ildə 25% artıb – Mərkəzi Bank

ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
İqtisadiyyat 11:48
ABB-dən gənc şahmatçı Xaqan Əhmədə dəstək!
"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova
İqtisadiyyat 11:42
"Özbaşına" tikililərin sənədləşdirilməsi qanunla qadağandır-Nigar Alimova
Ötən il verilən elektron çıxarışların sayı açıqlanıb
İqtisadiyyat 11:29
Ötən il verilən elektron çıxarışların sayı açıqlanıb

Daşınmaz əmlakın kadastr və reyestrində rəqəmsallaşma artıb
İqtisadiyyat 11:13
Daşınmaz əmlakın kadastr və reyestrində rəqəmsallaşma artıb
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir
İqtisadiyyat 10:49
Azərbaycan Milli Hidrogen Strategiyasının tətbiqi üzrə ikinci mərhələyə start verir
Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb
İqtisadiyyat 10:41
Bakı Fond Birjası mikromaliyyə təşkilatları üçün borc bazarında minimal tələbi azaldıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:52
Azərbaycan nefti bahalaşıb
Avro və rubl azalıb - Günün məzənnəsi
İqtisadiyyat 09:12
Avro və rubl azalıb - Günün məzənnəsi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol