• $ 1.7
  • € 1.9573
  • ₽ 0.021384
  • ₺ 0.0434
  • £ 2.3086

Kapital Bank artıq Qubadlıda!

Kapital Bank artıq Qubadlıda!
19.01.2021 10:25
Kapital Bank işğaldan azad olunan ərazilərdə bank infrastrukturunun bərpası istiqamətində işlər həyata keçirməyə davam edir. Belə ki, Qubadlı rayonunun Xanlıq kəndində fəaliyyət göstərən marketlərin birində Kapital Bank-a məxsus bankomat və ödəniş terminalı quraşdırılıb. 


Bankomatla yanaşı quraşdırılan terminalda kredit ödənişləri, cari hesablara mədaxillər, kart balansının artırılması, kredit və BirKart sifarişi, kommunal, rabitə, TV, İnternet, avans, aliment, sığorta, məhkəmə, bələdiyyə, vergi, DSMF, cərimə, təhsil (BDU, ADNSU, ATU, ADPU və s.) ödənişləri, "Xəzri” pul köçürməsi və bir sıra başqa ödənişlər etmək olar. Yaxın gələcəkdə, həmçinin Azəriqaz və Azərsu-nun smart sayğaclarının yüklənməsi də terminallar vasitəsilə mümkün olacaq.


Qeyd edək ki, ötən ilin dekabr ayında Şuşada olan "Bolmart” marketində bankomat və ödəniş terminalı yerləşdirilib. 


Həmçinin, AzCake mağazasında Kapital Bank-ın POS terminalı quraşdırılıb, mağaza BirKart-ın partnyorları sırasına daxil edilib. Bununla da dövlət tərəfindən mülki əhaliyə işğaldan azad olunan rayonlara getmək imkanı yaradılan kimi, taksit imkanından, "Ürəklər” bonus sistemindən, bankomat və ödəniş terminallarından yararlanmaq mümkün olacaq.


Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 102 filialı və 19 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika “Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş qanvermə aksiyası keçirib
İqtisadiyyat 14:46
Bank Respublika “Ümumdünya Qan Donoru Günü”nə həsr olunmuş qanvermə aksiyası keçirib
Azərbaycan iqtisadiyyatı böyüyüb
İqtisadiyyat 12:54
Azərbaycan iqtisadiyyatı böyüyüb
5 ayda orta illik inflyasiya 6 % olub
İqtisadiyyat 12:24
5 ayda orta illik inflyasiya 6 % olub
Azərbaycanda gömrük xətti ilə toplanan vəsait daha yüksəkdir
İqtisadiyyat 12:23
Azərbaycanda gömrük xətti ilə toplanan vəsait daha yüksəkdir
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
İqtisadiyyat 10:47
Birbank-da “Birinci” tarifinə qoşul, bonuslar qazan!
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:34
Azərbaycan nefti bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:18
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb
İqtisadiyyat 16:05
Azərbaycanda 5 ayda vətəndaşlara 91 milyon manatdan çox ƏDV qaytarılıb
Bu yay sərhədləri yox, imtiyazları keçin
İqtisadiyyat 16:00
Bu yay sərhədləri yox, imtiyazları keçin
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol