• $
  • £

Unibank daha 3 mükafat qazanıb

Unibank daha 3 mükafat qazanıb
02.03.2021 12:36
Unibank 2019-cu və 2020-ci illər ərzindəki fəaliyyətinə görə mükafatlandırılıb. Bank Azərbaycan Banklar Assosiasiyasının ənənəvi "Bankçılıq Mükafatları – 2019/2020” mükafatının qalibləri siyahısındadır. Ötən il ölkənin sosial-iqtisadi inkişafına verdiyi dəstəyə və həyata keçirdiyi layihələrə əsasən, "Unibank”ın fəaliyyəti üç nominasiya üzrə dəyərləndirilib. Şəhid ailələri və qazilərlə bağlı həyata keçirdiyi sosial layihələrə görə, Unibank 2020-ci il üçün "Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi olub. Müxtəlif universitet tələbələri ilə bağlı reallaşdırılan layihələrin qiymətləndirilməsi zamanı, Bank  "Ən fəal təhsil dəstəkçisi” nominasiyası üzrə təltif edilib. Ənənəvi bankçılıqdan elektron bankçılığa keçid, rəqəmsallaşma ilə bağlı çoxsaylı layihələrin tətbiqi "Unibank”ı  "Elektron Bankçılıq” nominasiyası üzrə  qaliblərdən biri edib.  Unibank 2019-cu ildəki fəaliyyətinə görə də nominasiyalara layiq görülüb. Sosial layihələrin aktiv iştirakçısı olması, bankı 2019-cu il üzrə də "Korporativ sosial məsuliyyət” nominasiyasının qalibi edib.


Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 28 illik mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Unibank-hər kəsin bankı!



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər


Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
İqtisadiyyat 10:05
Azərbaycan neftinin qiyməti 120,44 dollar olub
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:40
Qızıl və gümüş ucuzlaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:28
Bu günə olan məzənnə açıqlanıb

Dünya bazarlarında neftin qiyməti artır
İqtisadiyyat 09:14
Dünya bazarlarında neftin qiyməti artır
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
İqtisadiyyat 17:14
Ötən il Azərbaycanda qaz hasilatı 2 %-dən çox artıb
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
İqtisadiyyat 15:02
Yelo Bank ilə cəmi 1 dəqiqəyə, videozəngsiz əlavə biznes hesabı aç!
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
İqtisadiyyat 14:16
SOCAR-ın Müşahidə Şurasının tərkibində dəyişiklik olub
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:30
Bu günə olan məzənnə açıqlanıb

Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
İqtisadiyyat 09:15
Azərbaycan neftinin qiyməti 141 dollardan aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol