• $
  • £

İlham Əliyev: Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb

İlham Əliyev: Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb
20.07.2021 22:46
İlin birinci yarısında Azərbaycan və Rusiya arasında əmtəə dövriyyəsi artıb. Bu, çox vacibdir, çünki keçən il bizdə 10 faizdən çox azalma olmuşdu. Nəqliyyat-tranzit münasibətləri məsələsində də əməkdaşlığı fəal surətdə genişləndiririk.

Anews.az  xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Vladimir Putin ilə görüşdə söyləyib.
"Mənə verilən məlumata görə, Şimal-Cənub nəqliyyat dəhlizi üzrə keçənilki ilə müqayisədə təqribən 20 faiz çox yük daşınıb. Beləliklə, bu dəhliz artıq işləyir, demək olar ki, geniş həcmdə”, - deyə Prezident İlham Əliyev bildirib.

Koronavirusa qarşı mübarizədə köməyə görə Rusiya Prezidentinə təşəkkür edən dövlətimizin başçısı deyib: "Biz Rusiyadan 200 min dozadan artıq "Sputnik V” vaksini almışıq və bu vaksinin yenə göndərilməsi gözlənilir. Bilirəm ki, onu almaq istəyənlərin sayı lap çoxdur. Ona görə ki, bu vaksin öz effektivliyini sübut edib və əlbəttə, yəqin ki, hamını təmin edə bilmək də çox çətindir. Lakin Sizin dostlarınız, tərəfdaşlarınız kimi bir daha təşəkkürümü bildirmək istəyirəm ki, biz vaksini alanlar arasında ilk sıralardayıq”.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
İqtisadiyyat 14:33
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
İqtisadiyyat 10:59
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
İqtisadiyyat 10:48
“Abşeron” yatağında qaz hasilatının ikinci mərhələsinə 2029-cu ildə başlanması planlaşdırılır
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:15
Avro və rubl ucuzlaşıb - Məzənnə
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
İqtisadiyyat 08:52
Ötən il tenderlərin ümumi həcmi 10 milyard manatı keçib
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
İqtisadiyyat 15:22
Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
İqtisadiyyat 09:00
Azərbaycan neftinin qiyməti 109 dolları keçib
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
İqtisadiyyat 17:34
Avtobuslarda yeni qiymətlər müəyyənləşdi- CƏDVƏL
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
İqtisadiyyat 16:33
Kapital Bank-dan Novruz fürsəti: nağd kreditlərə6%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol