• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Azərbaycanda ilk dəfə Qarabağ balı satışa çıxarılıb - FOTOLAR

Azərbaycanda ilk dəfə Qarabağ balı satışa çıxarılıb - FOTOLAR
20.10.2021 22:13
Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Arıçılar Assosiasiyasının təşkilatçılığı ilə oktyabrın 20-də Bakıda açılan arıçılıq məhsullarının  Respublika Sərgi-Satış Yarmarkasında ilk dəfə Azərbaycanın işğaldan azad edilmiş rayonlarında istehsal edilən bal məhsulları satışa çıxarılıb. 

Azərbaycanın işğaldan azad edilmiş rayonlarında Kənd Təsərrüfatı Nazirliyinin  Pilot layihəsi  çərçivəsində yaradılan arıçılıq təsərrüfatları Bakı sakinlərinə Laçın və Kəlbəcər rayonlarında istehsal edilmiş bal məhsullarını təqdim ediblər.
 
 

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri  Vüqar Hüseynov Anews.az-a bildirib ki, yarmarkanı təşkil etməkdə məqsəd arıçılar üçün  satış platforması yaratmaqdır:

'Arıçılarımız məhsullarını satmaqla bağlı problemlər yaşayırdılar. Mövcud vəziyyəti dəyərləndirərək, yarmarka keçirmək qərarına gəldik və ilk dəfə olaraq pandemiya şəraitində  bu cür kütləvi tədbir təşkil olundu. Yarmarkanın təşkillində əsas məqsəd arıçılar üçün satış platforması yaratmaqdır. Məhsullar  10 gün əvvəl gətirilərək, xüsusi anbarlara yığılıb. Satışa çıxan ballar  anbara daxil olduqdan sonra yoxlanış üçün  Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən qeydə alınıb, analiz edilib,  qida təhlükəsizliyi standartlarına uyğun bal məhsulları satışa çıxarılıb",  -  deyə Hüseynov vurğulayıb. 
 
 

Yarmarkada Azərbaycanın bütün iqtisadi rayonlarından 250 nəfər COVID-19 pasportuna malik  arıçı iştirak edib. Bal məhsullarının qiymətləri arıçıların özləri tərəfindən müəyyənləşdirilir. 

Hər rayondan online qeydiyyatdan keçən 20 arıçıya iştirak hüququ verilib. Ümumilikdə, yarmarkaya  18 gündə 120 ton məhsulun çıxarılması nəzərdə  tutulub. 

 

 
Azərbaycanda dövlətdən  subsidiya alan  21 mindən çox arıçı var. Bu günə kimi ən çox arıçı  2019-cu ildə keçirilmiş yarmarkada iştirak edib və onların sayı 370 nəfər təşkil edib. 
 
Yarmarka noyabrın 7-ə kimi fəaliyyət göstərəcək. 
 





Aytac Zeynalova


Oxşar xəbərlər
Oxşar xəbərlər
Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili
Cəmiyyət 13:26
Çörək bahalaşdı - Vətəndaş narazılığı və ekspert təhlili
Azərbaycanda ilk dəfə Qarabağ balı satışa çıxarılıb - FOTOLAR
İqtisadiyyat 22:13
Azərbaycanda ilk dəfə Qarabağ balı satışa çıxarılıb - FOTOLAR
Uşaqkən anasız qaldı, gözlənilmədən varlandı, müəmmalı şəkildə öldü - Azərbaycanın ilk rəsmi milyarderi
İqtisadiyyat 09:10
Uşaqkən anasız qaldı, gözlənilmədən varlandı, müəmmalı şəkildə öldü - Azərbaycanın ilk rəsmi milyarderi
Məmmədəmin Rəsulzadənin fotosu avronun üzərinə basıldı - FOTO
İqtisadiyyat 01:01
Məmmədəmin Rəsulzadənin fotosu avronun üzərinə basıldı - FOTO
Mehriban Əliyeva Prezidentlə vətəndaşların şəklini çəkdi - VİDEO
İqtisadiyyat 00:28
Mehriban Əliyeva Prezidentlə vətəndaşların şəklini çəkdi - VİDEO
Prezident kombayn sürdü
İqtisadiyyat 08:28
Prezident kombayn sürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol