Bu il Azərbaycana idxal olunan mallar 20% bahalaşıb

Bu ilin yanvar-fevral aylarında Azərbaycana idxal olunan məhsulların qiyməti illik müqayisədə 20,1% artıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Təkcə fevralda illik qiymət artımı 20,2% təşkil edib. Fevralda idxal məhsullarının aylıq inflyasiyası isə 2,1%-ə bərabər olub.
Yanvar və fevralda ölkədə orta illik inflyasiya 12,2%, fevralda illik inflyasiya isə 11,9% təşkil edib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər