• $ 1.7
  • € 2.0035
  • ₽ 0.021707
  • ₺ 0.0427
  • £ 2.336

Azərbaycanın iri bankı Şuşada biznes mərkəzi açacaq

Azərbaycanın iri bankı Şuşada biznes mərkəzi açacaq
22.11.2022 14:37
PAŞA Bank Şuşada Biznes Mərkəzi açmağa hazırlaşır. Bunu PAŞA Bankın Komplayns və idarəetmə üzrə baş direktoru Anar Kərimov 2022-ci ilin ilk yarım ilinin nəticələrinə həsr olunmuş mətbuat konfransında  bildirb.

"Hazırda PAŞA Bankın Şuşada biznes mərkəzinin açılması müzakirə edilir. Bu mərkəz bütün işğaldan azad edilmiş ərazilərimizi əhatə edəcək", -  o deyib.
 
O, həmçinin bankın Qarabağda bir neçə layihələrin icrasında, o cümlədən Ağdam Cümə məsçidinin bərpasında iştirak etdiyini də bildirib. 
 
PAŞA Bank 2022-ci ilin mart-aprelində  istiqrazlar yerləşdirməklə 40 milyon dollar vəsait cəlb edib. 

"PAŞA Bank 2022-ci ildə də istiqraz emissiyası edib. Bu emissiya  qapalı üsulla yerləşdirililib. İnvestorlardan 40 milyon dollar cəlb edilib. Bu əməliyyat 2022-ci ilin mart-aprelində baş tutub", - PAŞA Bankın İdarə heyəti sədrinin müavini Bəhruz Nağıyev mətbuat konfransında deyib. 
 
Bank rəsmiləri həmçinin 2022-ci ilin ilin birinci yarısında PAŞA Bankın müştəri seqmentləri üzrə  də dövriyyələr açıqlayıb.

Bəhruz Nağıyevin sözlərinə görə,  2022-ci ilin 6 ayında  2021-ci ilin eyni dövrü ilə müqayisədə korporativ müştərilər üzrə dövriyyə 31,3% artaraq 16 milyard 958 milyon 615 min manat təşkil edib. 2021-ci ilin 6 ayında korporativ müştərilər üzrə dövriyyə 12 milyard 912 milyon 560 min manat təşkil edib. 

Kiçik və orta sahibkar kateqoriyasından olan  müştərilər üzrə dövriyyə isə 47,5% artaraq 1 milyard 772 milyon 147 min manat təşkil edib.  2021-ci ilin 6 ayında bu müştərilər üzrə dövriyyə 1 milyard 201 milyon 103 min manat təşkil edib. 
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
İqtisadiyyat 10:34
Azərbaycanın dövlət büdcəsi 2025-ci ilin ilk yarısında planı üstələyib
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
İqtisadiyyat 10:14
Bakı və Kabil "Lazurit" dəhlizinin genişləndirilməsini müzakirə edib
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
İqtisadiyyat 09:53
Azərbaycan neftinin qiyməti 74 dollara yaxınlaşır
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:46
Qızılın qiyməti bahalaşıb
Məzənnə açıqlanıb
İqtisadiyyat 09:44
Məzənnə açıqlanıb
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
İqtisadiyyat 17:04
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
İqtisadiyyat 14:22
Turizm ECO ölkələri üçün prioritet əməkdaşlıq sahəsidir
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İqtisadiyyat 12:47
Ələt Azad İqtisadi Zonasında yeni fabriklər açılır, investor axını artır — Manafov
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
İqtisadiyyat 11:25
İƏT öz potensialından aşağı səviyyədə istifadə edir - ECO baş katibi
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol