• $ 1.7
  • € 2.0243
  • ₽ 0.022016
  • ₺ 0.039
  • £ 2.326

Günay Bankın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub

Günay Bankın əmanətçilərinə kompensasiyanın veriləcəyi tarix məlum olub
26.05.2023 19:30
Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-3 (103)-42/2023 nömrəli 18 may 2023-cü il tarixli qərarı ilə "Günay Bank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu adıçəkilən Bankın ləğvedicisi təyin edilmişdir. Həmçinin, "Əmanətlərin sığortalanması haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq "Günay Bank” ASC-də sığorta hadisəsi günü 18 may 2023-cü il müəyyən edilmişdir.

Kompensasiyaların ödənilməsi 19 iyun 2023-cü il tarixdən başlayaraq həyata keçiriləcəkdir. "Əmanətlərin sığoratalanması haqqında" Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən Əmanətlərin Sığortalanması Fondu əmanətçilərin ərizələrini kompensasiya ödənişi haqqında bildirişin ilk dəfə dərc edildiyi gündən başlayaraq bir il ərzində qəbul edir. Kompensasiyaların ödənilməsi üçün sənəd qəbulunun yeri barədə əlavə məlumat veriləcəkdir.

Kompensasiyaların ödənilməsi prosesi haqqında ətraflı məlumatı Əmanətlərin Sığortalanması Fondunun saytından əldə edə bilərsiniz.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycan nefti bahalaşıb
Avro və rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:22
Avro və rubl ucuzlaşıb - Məzənnə
Azərbaycanın gündəlik neft hasilatı 2026-cı ilin yanvarında kvotadan geri qalır
İqtisadiyyat 17:26
Azərbaycanın gündəlik neft hasilatı 2026-cı ilin yanvarında kvotadan geri qalır
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
İqtisadiyyat 16:18
“Qırmızı Ürəklər” Təhsil Təqaüd Proqramının qalibləri donorlarla görüşüb
Yanvarda adambaşına düşən ÜDM 884 manat təşkil edib
İqtisadiyyat 15:07
Yanvarda adambaşına düşən ÜDM 884 manat təşkil edib

Azərbaycanda inflyasiya 5,7 % təşkil edib
İqtisadiyyat 11:42
Azərbaycanda inflyasiya 5,7 % təşkil edib

Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb
İqtisadiyyat 11:09
Azərbaycanda orta aylıq əməkhaqqı 1100 manatı ötüb

Azərbaycanda sənaye istehsalı artıb
İqtisadiyyat 11:00
Azərbaycanda sənaye istehsalı artıb
"Bitcoin"in qiyməti 68 min dollardan aşağı düşüb
İqtisadiyyat 10:58
"Bitcoin"in qiyməti 68 min dollardan aşağı düşüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol