• $ 1.7
  • € 1.9545
  • ₽ 0.020926
  • ₺ 0.0385
  • £ 2.263

“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib

“Fitch Ratings” Azərbaycanın reytinqini “BB+” səviyyəsində təsdiqləyib
16.09.2023 10:06
Fitch Ratings beynəlxalq reytinq agentliyi Azərbaycanın xarici valyutada uzunmüddətli emitent defolt reytinqini "BB+” səviyyəsində təsdiqləyib.

Bu barədə agentliyinin saytı xəbər verir.

"BB+” reytinqi Azərbaycanın çox güclü xarici balansı, aşağı dövlət borcu və suveren fondun böyük aktivləri hesabına yüksək maliyyə çevikliyi ilə dəstəklənir.

Qeyd olunur ki, cari əməliyyatlar hesabının profisiti 2023-cü ildə ÜDM-in 19 faizinədək azalacağı proqnozlaşdırılsa da, bu, "BB” kateqoriyasında ən yüksək göstərici olaraq qalır.

Agentlik bildirib ki, neftin qiymətlərinin aşağı düşməsinə baxmayaraq, 2024-2025-ci illərdə ölkədə ikirəqəmli profisit gözlənilir. 2023-cü ildə xarici valyuta aktivləri 68 milyard ABŞ dollarına çatacaq. Bunun 82 faizi ARDNF-in payına düşəcək.

"Biz Azərbaycanın xalis suveren aktivlərinin 14 faiz artaraq 2023-cü ildə ÜDM-in 63 faizinə, 2025-ci ilə qədər isə 72 faizə çatacağını proqnozlaşdırırıq ki, bu da eyni qrup ölkələr arasında ən yüksək göstəricidir”, - agentlik vurğulayıb.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub
İqtisadiyyat 15:35
Yelo Bank Qlobal Pul Həftəsinə "Yelo Finance Talks" layihəsi ilə qoşulub
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
İqtisadiyyat 14:12
Bank Respublika Oxbridge Akademiyasında Qlobal Pul Həftəsinə həsr olunmuş tədbir keçirib
Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək
İqtisadiyyat 09:56
Azərbaycanda bayram günlərində banklar və "Azərpoçt" fəaliyyət göstərəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:39
Azərbaycan nefti ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:19
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə


Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 33%-ə yaxın artıb
İqtisadiyyat 17:15
Azərbaycanın meyvə-tərəvəz ixracından gəlirləri 33%-ə yaxın artıb
Для студентов, воспользовавшихся образовательным кредитом, прошёл тренинг«Твой карьерный путь: создай своё влияние»
İqtisadiyyat 16:40
Для студентов, воспользовавшихся образовательным кредитом, прошёл тренинг«Твой карьерный путь: создай своё влияние»

“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
İqtisadiyyat 15:37
“Azərsun Holdinq” media nümayəndələri ilə görüş keçirib
Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:45
Təhsil kreditindən yararlanan tələbələr üçün “Sənin karyera yolun:öz təsirini yarat” mövzusunda təlim keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol