• $ 1.7
  • € 1.9944
  • ₽ 0.021616
  • ₺ 0.0426
  • £ 2.334

Kapital Bank depozit faizlərini artırdı

Kapital Bank depozit faizlərini artırdı
30.11.2023 16:47
Keyfiyyətli və təhlükəsiz xidməti ilə 6 000 000-a yaxın müştərinin seçimi olan  ölkənin birinci bankı Kapital Bank depozit məhsulu üzrə şərtləri dəyişib. Yeni qaydalara əsasən maksimal depozit AZN valyutası üzrə 12 aylıqda 9%-ə,  USD valyutası üzrə isə 36 aylıqda 3,5%-dək artırılıb.
 
AZN valyutası ilə depozitlərdə yeni kampaniyaya start verilib. 31 yanvar 2024-cü ilədək aktual olacaq kampaniyanın şərtlərinə əsasən müştərilər 12 aylıq 9% gəlir əldə edirlər. Depozit üçün minimum 500 manat olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital depoziti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum 100 manat məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manatdır.

Müştərilər üçün daha sərfəli olan yeni qaydaya əsasən USD valyutası üzrə əmanətin müddəti 12 aydan 36 ayadək müəyyən edilib. Depozit üçün minimum $500 olmaqla istənilən qədər məbləği banka əmanət etmək mümkündür. Kapital əmanəti ilə yüksək faiz əldə etməklə yanaşı əmanət məbləğini minimum $100 məbləğində artırmaq olar. Faizlər aylıq və ya müddətin sonunda təqdim edilir. Sığortalanan məbləğin həcmi isə 100 000 manat ekvivalentindədir

Bundan başqa tezliklə Birbank mobil tətbiqində yeni başdan-başa "Rəqəmsal depozit” məhsulu istifadəyə veriləcək. Bu məhsulun əsas üstünlüyü müştərilərin kampaniya çərçivəsində 12 aylıq 9% gəlir əldə etmələri ilə yanaşı proseslərin tamamilə onlayn olmasıdır.
Nağd pulunu sərfəli və güvənilir sərmayəyə çevirmək istəyən müştərilər onlara yaradılan imkanlardan istifadə etmək üçün ən yaxın Kapital Bank filialına yaxınlaşa bilərlər. Depozit kalkulyatoru ilə faiz miqdarını asanlıqla hesablamaq mümkünür: https://kbl.az/kdpr

140 ildən çox tarixə malik olan Kapital Bank depozitlərin sərfəli və etibarlı ünvanıdır. Müştərilər ürək rahatlığı ilə əmanətlərini banka etibar edə və vəsaitlərinin dövlət səviyyəsində müəyyən edilən bütün təhlükəsizlik standartlarına uyğun şəkildə qorunduğundan əmin ola bilərlər. Şəffaf maliyyə göstəriciləri, ekosistemdəki davamlı yeri və nüfuzu, qabaqcıl dünya trendlərinə əsaslanan strateji hədəfləri və müştərilərlə qurulan səmimi bağ Kapital Bankı milyonlarla müştərinin güvəndiyi etibarlı tərəfdaşa çevirib.
 
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 117 filialı və 31 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün — https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
İqtisadiyyat 16:05
Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
İqtisadiyyat 13:15
Kapital Bank-ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
İqtisadiyyat 12:48
Bərpa olunan enerji üçün 173,5 mln. dollarlıq kredit sazişi imzalanıb
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
İqtisadiyyat 10:37
ABB daşınmaz əmlak bazarı ilə bağlı3-cü hesabatını yaydı
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:45
Qızılın qiyməti bahalaşıb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:35
Bu günə olan məzənnə açıqlanıb
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
İqtisadiyyat 21:40
Dövlət Ehtiyatları Agentliyi yerli buğda tədarükü üçün təkliflər qəbul edir
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
İqtisadiyyat 16:43
Şuşada 6-cı İƏT biznes forumu keçiriləcək
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
İqtisadiyyat 12:28
5 ayda sərnişin və yük qatarlarına 16 dəfə daş atılıb - ADY
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol