• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Dərinsulu Günəşli” platformasndan hasilatın həcmi açıqlanıb

“Dərinsulu Günəşli” platformasndan hasilatın həcmi açıqlanıb
22.04.2024 14:13
"Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun "Dərinsulu Günəşli” platformasnda hasilat bu platforma istismara veriləndən indiyə kimi təqribən 640 milyon barel təşkil edib.  Bu barədə BP məlumat verib. 

"Platforma 2008-ci il aprelin 22-də istismara verilib. İstifadəyə verildiyi vaxtdan bütün dövr ərzində "Dərinsulu Günəşli” platformasından 638 milyon barel neft və 18,2 milyard kubmetr səmt qazı hasil edilib”, - neft şirkətinin yayımladığı   xəbərdə bildirilib. 

2023-cü ilin sonuna bu platformadan orta gündəlik neft hasilatı 67,3 min barel olub.

Hazırda AÇG blokunda hasilat 7 platformadan həyata keçirilir. 2023-cü ildə "Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 133 milyon barel (18 milyon ton) hasil edilib. 2023-cü ildə blokda orta gündəlik neft hasilatı 363.000 barel olub.

AÇG Azərbaycanın ən böyük neft yataqları blokudur. Yataqlar blokunun işlənməsi üzrə ilk hasilatın pay bölgüsü sazişi 1994-cü il sentyabrın 20-də imzalanıb. 2017-ci il sentyabrın 14-də yataqların 2049-cu ilin sonuna qədər işlənməsini nəzərdə tutan yenilənmiş saziş imzalanıb.

AÇG səhmdarları BP (30,37%), SOCAR (25,0%), MOL Group (16 aprel 2020-ci il tarixindən Chevron əvəzinə 9,57%), INPEX (9,31%), Equinor (7,27%) ), ExxonMobil (6,79%), TPAO (5,73%), ITOCHU (3,65%), ONGC Videsh Limited (OVL) (2,31%) şirkətləridir.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
İqtisadiyyat 15:37
Bu axşam “Nar”da böyük həyəcan – 7-ci avtomobil sahibini tapır!
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
İqtisadiyyat 13:00
"Azərbaycan Dəmir Yolları" 11 ayda 350 blok-qatar qəbul edib
Qızıl bahalaşıb
İqtisadiyyat 10:06
Qızıl bahalaşıb
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
İqtisadiyyat 09:05
Avro bahalaşıb,rubl ucuzlaşıb - Məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:56
Azərbaycan nefti bahalaşıb
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
İqtisadiyyat 14:30
ABB sədrinin 1-ci müavini öz xahişi ilə vəzifəsindən ayrılıb
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb
İqtisadiyyat 12:24
Asiya İnkişaf Bankı ADY-nin dayanıqlı inkişaf layihəsinə 1,25 milyon dollar ayırıb

İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
İqtisadiyyat 11:54
İlin sonunda ADB və ADY dekarbonizasiya layihəsi üzrə ilkin hesabatı təqdim edəcək
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
İqtisadiyyat 11:42
Nar”ın “Çoox Şanslı” lotereyasında 6-cı avtomobil sahibini tapdı!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol