ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!
![ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı! ABB-nin səhmlərinə abunə yazılışı başa çatdı!](https://anews.az/photo/850x500/2024-09/1726040952_abb_sehm.png)
10 sentyabr 2024-cü ildə ABB-nin səhmlərinə abunə yazılışı başa çatıb. "ABB
səhmdarı ol! - Mərkəzdən hər kəsə!” devizi ilə keçirilən və 3 ay davam edən
abunə yazılışı dövründə ilkin məlumatlara görə, ABB səhmlərinə 33 mindən artıq investor
49 min ədədə yaxın sifariş yerləşdirib.
Bu, ölkəmizin kapital bazarı üçün tarixi göstəricidir.
Bütün kanallar (ABB mobile tətbiqi, bank
filialları, investisiya şirkətləri) üzrə verilmiş sifarişlər tam toplandıqdan
sonra yerləşdirmə həyata keçiriləcək. Sifarişlərin icrası prosesi 17 sentyabr 2024-cü il tarixindən
başlayaraq 6 iş günü müddətində davam edəcək və 24 sentyabr 2024-cü il tarixində başa çatacaq.
Qanunvericiliyin tələblərinə uyğun olaraq yerləşdirmə
aşağıdakı ardıcıllıqla aparılacaq:
2) Yerdə qalan bütün sifarişlər, o cümlədən
üstünlük hüququna malik səhmdarların üstünlük hüququndan artıq verilmiş
sifarişləri də qiymətə uyğun sıralanaraq icra olunacaq.
Yerləşdirmənin nəticələri barədə məlumat 24 sentyabr 2024-cü il tarixində investorlara
təqdim olunacaq.
Abunə yazılışı dövründə investorlar tərəfindən
sifarişlər ilk dəfə olaraq tam rəqəmsal formada ABB mobile tətbiqi vasitəsilə,
eləcə də ABB-nin və ölkəmizdəki əksər bankların filiallarından, həmçinin, səhmlərin
emissiyasının anderrayteri olan "ABB İnvest” və ölkəmizdəki digər investiya
şirkətləri vasitəsilə təqdim edilib.
ABB ölkənin və regionun ən gəlirli kommersiya
qurumlarındandır. Bank illik mənfəətindən səhmdarlarına davamlı şəkildə
dividendlər ödəyir. Son üç il üzrə dividend ödənişinin məbləği 2022-ci ildə 125
milyon manat, 2023-cü ildə 156 milyon 600 min manat, 2024-cü ildə 185 milyon
manat olub. Bu il ABB-nin səhmlərinin illik dividend gəlirliliyi 15,1%-ə yüksəlib.
www.anews.az