• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!

Yelo Bank daha bir rəqəmsal filialını Şamaxıda açdı!
20.09.2024 16:39
Yelo Bank regionlarda maliyyə xidmətlərini daha da genişləndirmək üçün növbəti filialını Şamaxıda açdı. Yeni filial Şamaxı şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 56 ünvanında xidmət göstərir. Filialın əsas üstünlüyü onun rəqəmsal konseptdə olmasıdır. Ənənəvi filiallardan fərqli olaraq rəqəmsal filialda bank əməliyyatları terminallar vasitəsilə aparılır. Müştərilər rahat və çevik şəkildə kart, biznes və istehlak krediti əldə edə, əmanət hesabı aça və digər bank xidmətlərini həyata keçirə bilərlər.

Yeni filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədr müavini Elşən Pirmalıyev bildirib ki, burada Şamaxı sakinlərinə üstün xidmət səviyyəsi təqdim olunacaq: "Rəqəmsal konseptli növbəti filialımızı Şamaxıda açmaq üçün çox səbirsizlənirdik. Əsas hədəfimiz ölkəmizin regionlarında, eləcə də Şamaxıda real sektorun hərtərəfli inkişafına dəstək olmaqdır. Bu baxımdan 100 mindən çox əhalisi olan Şamaxıda geniş əməkdaşlıq potensialı görürük. İnanıram ki, yeni filialımız sakinlər üçün daha sürətli və daha səmərəli xidmət göstərəcək. Ümumiyyətlə, maliyyə inkluzivliyinin gücləndirilməsi və vətəndaşların maliyyə xidmətlərinə çıxış imkanlarının genişləndirilməsi məqsədilə digər bölgələrdə də rəqəmsal filial açmağı planlayırıq”.

Xatırladaq ki, bundan öncə Yelo Bank ard-arda Ağcabədi, Xaçmaz, Salyan, Qəbələ, Masallı və Tovuz filiallarını müştərilərin istifadəsinə verib. Hazırda Bankın paytaxt və regionlarda 20 xidmət məntəqəsi fəaliyyət göstərir.

Bank xidmətləri (https://www.yelo.az/az/business/loans/micro-loans/) haqqında əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya FacebookInstagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!
 
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Pulunu artırmağın parlaq yolu
İqtisadiyyat 15:43
Pulunu artırmağın parlaq yolu
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
İqtisadiyyat 15:31
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyasını göndərib
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
İqtisadiyyat 10:12
Polis 90-a yaxın axtarışda olan şəxsi saxlayıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:10
Azərbaycan nefti bahalaşıb
Əmək müqavilələrinin sayı artıb
İqtisadiyyat 09:46
Əmək müqavilələrinin sayı artıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:11
Avro ucuzlaşıb, rubl bahalaşıb - Məzənnə
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
İqtisadiyyat 08:56
Gümüşün qiyməti cüzi enişlə sabitləşib
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
İqtisadiyyat 08:45
"Azeri Light" neftinin qiyməti büdcə hədəfindən aşağı düşüb
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
İqtisadiyyat 08:39
Neft qiymətləri İran və Venesuela gərginliyi fonunda bahalaşır
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol