Səkkiz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi
![Səkkiz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi Səkkiz ayda nə qədər sığorta haqqı yığılıb? - Rəsmi](https://anews.az/photo/850x500/2024-09/1727261826_1727261765_1726039733_1720682266_bca1ce04-3dfa-3f28-bb06-673c9aaba648_850-1.jpg)
2024-cü ilin səkkiz ayında ölkədə 927,732 milyon manat sığorta haqqı yığılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 9,55% çoxdur. Bu barədə Mərkəzi Bankdan bildirilib.
Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 499,854 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 44,6 % çoxdur.
Azərbaycanda hazırda 17 sığorta şirkəti fəaliyyət göstərir.
2023-cü ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə 1 milyard 222,537 milyon manat sığorta haqqı toplanılıb. Bu, 2022-ci ilə nisbətən 25,9 % çoxdur.
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.
Gülnar
Bundan əvvəl Azərbaycan Mərkəzi Bankının (AMB) Baş direktoru Ziya Əliyev bildirib ki, 2024-cü ildə Azərbaycanın sığorta bazarında 10-15 % artım gözlənilir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox ![](/theme/frontend/articles/style/default/img/right_arr.png)