• $ 1.7
  • € 1.7533
  • ₽ 1.7526
  • ₺ 0.0472
  • £ 2.1077

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb

Unibank Azərbaycan maliyyə bazarı üçün bir ilkə imza atıb
22.10.2024 10:21
Unibank Azərbaycan bazarında ilk dəfə olaraq qabaqcıl beynəlxalq standartlara uyğun, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən qiymətli kağızlar buraxır. Bu istiqrazlar, yaşıl maliyyələşmənin inkişafına töhfə verməklə, investorlara "dayanıqlı gələcəyə” yatırım etmək imkanı yaradır. Faizli, sənədsiz, adlı, təmin edilməmiş istiqrazların tədavül müddəti 36 ay, nominal dəyəri 100 manat, illik faiz dərəcəsi 11,5%, kupon ödəniş dövrü hər 3 aydan bir, emissiya həcmi isə 20 milyon manat təşkil edir.
 
"Unibank KB” ASC-nin İH-nin sədri Fərid Abuşov bildirib ki, müstəqil beynəlxalq qiymətləndirici tərəfindən yaşıl maliyyələşmə meyarlarına uyğun istiqrazların buraxılması təşəbbüsü, milli prioritetlərimizin realizasiyasının dəstəkləməsi və ölkəmizdə maliyyə sektoru tərəfindən ilk olması baxımından qürurvericidir: "Bu istiqrazlar, maliyyə məqsədlərimizin ətraf mühit və sosial problemlərin həlli üzrə formalaşan çağırışlar və ölkəmizin sosial-iqtisadi inkişaf strategiyası ilə uyğunlaşdırıldığını göstərən əhəmiyyətli təşəbbüslərdən biri olmaqla yanaşı, həm də COP29 öncəsi iqlim maliyyələşməsinin inkişafının dəstəklənməsinə yönəlmiş bir addımdır. Yaşıl layihələrin maliyyələşdirilməsi məqsədilə buraxılmış bu istiqrazlar, iqlim dəyişmələrinin mitiqasiyası üzrə tədbirləri dəstəkləməklə, dayanıqlı maliyyələşmənin və "yaşıl artım”ın təmin edilməsinə Bankımız tərəfindən töhfə verilməsini hədəfləyir. Yaşıl layihələr dedikdə, biz, qabaqcıl beynəlxalq standartlara uyğun olaraq, enerji səmərəliliyi, bərpa olunan enerji, təmiz nəqliyyat, dayanıqlı tikinti və digər layihələri nəzərdə tuturuq. Bu layihələrə maliyyələşmənin artırılması ətraf mühit, sosial və iqtisadi dayanıqlığın dəstəklənməsi baxımından zəruridir.”
 
Unibank sədri qeyd edib ki, qabaqcıl beynəlxalq təcrübə və aparılmış araşdırma nəticələri dayanıqlı maliyyə prinsiplərinin və ESG faktorlarının maliyyə institutları tərəfindən biznes strategiyasına, korporativ idarəetmə və risklərin idarə edilməsi sistemlərinə inteqrasiyasının uzunmüddətli dövrə onların dayanıqlığının təmin edilməsi üçün zəruri olduğunu göstərir: "Bu, bizim hazırda bu mövzuda requlyatorun da tövsiyələri nəzərə alınmaqla  formalaşdırdığımız dayanıqlı maliyyə yanaşmamızı dəstəkləyir. Dayanıqlı maliyyə yanaşmamızın əsas komponentlərindən biri məhz şəffaflığın və bütün maraqlı tərəflərə hesabatlılığın təqdim edilməsidir. Bununla bağlı, həm istiqrazlar vasitəsilə maliyyələşdirilən yaşıl layihələrin irəliləyişi və təsiri, həm də dayanıqlı maliyyə yanaşmamızın digər təşəbbüsləri üzrə şəffaflığını və hesabatlılığını təmin edəcəyik”.
 
Beynəlxalq standartlara uyğun olaraq, yaşıl istiqraz kimi təsnifatlaşdırıla bilən bu qiymətli kağızlar, Astana Beynəlxalq Maliyyə Mərkəzinin müsbət rəyi ilə buraxılır. Qeyd edək ki, bir müddət öncə Unicapital İnvestisiya Şirkəti və Astana Beynəlxalq Maliyyə Mərkəzinin (AIFC) nəzdindəki "Yaşıl Maliyyə Mərkəzi” arasında Referal Saziş imzalanıb. Ekoloji təmiz gələcəyə yatırım etmək istəyən investorlar müraciət üçün linkə keçid edə bilərlər: https://unicapital.az/unibank-istiqrazlari-apply/
İstiqrazlar həm fiziki, həm də hüquqi şəxslər tərəfindən əldə oluna bilər. Bu zaman fiziki şəxslər bütün komissiya xərclərindən və gəlir vergisindən azad edilirlər. Nominal qiymətin əlçatanlığı, kiçik həcmdə investisiya etmək istəyənlərin bankın yüksək gəlirli yatırım alətindən faydalanmasına imkan verir. Hərrac "Unicapital İnvestisiya Şirkəti” ASC-nin anderraytinq dəstəyi ilə Bakı Fond Birjasında birqiymətli hərrac üsulu ilə (nominal qiymətlə) həyata keçiriləcək.
Unibank-Sənin Bankın!
 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
İqtisadiyyat 22:07
27 ildən sonra Türkiyə Türkmənistan razılığa gəlib
BP şirkətinin mənfəəti açıqlanıb
İqtisadiyyat 13:09
BP şirkətinin mənfəəti açıqlanıb
Banklar dollar alışını artırıb - AMB
İqtisadiyyat 12:25
Banklar dollar alışını artırıb - AMB
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:25
Azərbaycan nefti bahalaşıb
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 08:44
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
İqtisadiyyat 17:47
Azərbaycanda elektromobillərin sayı açıqlanıb
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
İqtisadiyyat 17:22
Ötən il ölkədə kondensat hasilatı bu qədər olub
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
İqtisadiyyat 15:15
Birbank vasitəsilə sığorta alanlara şad xəbər
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
İqtisadiyyat 14:03
Faizsiz taksitlə Sevgililər Günü hədiyyəsini seçmək daha rahatdır!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol