• $
  • £

Fevralın 1-dən mobil nömrələri daşımaq olacaq - Azərbaycanda

Fevralın 1-dən mobil nömrələri daşımaq olacaq - Azərbaycanda
28.01.2014 12:26
Respublika ərazisində sellülar (mobil) nömrə daşınması xidməti fevralı 1-dən etibarən fəaliyyətə başlayır.Bu barədə “APA-Economics”ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bildiriblər. Məlumata görə, bununla əlaqədar normativ hüquqi sənədlər qəbul edilib, xidmətin fəaliyyəti üçün tələb olunan avadanlıqlar, yəni həm mərkəzi baza sistemi avadanlıqları, həm də mobil operatorların şəbəkələrində tələb olunan avadanlıqlar quraşdırılıb, mobil operatorların şəbəkədaxili yığımları standart formata uyğunlaşdırılıb, aidiyyəti müqavilələr bağlanılıb və müvafiq test-sınaq işləri həyata keçirilərək müvəffəqiyyətlə başa çatdırılıb. Bu xidmət ümumi istifadəli telekommunikasiya şəbəkəsi daxilində abunəçinin istifadə etdiyi mobil telefon nömrəsinin (şəbəkə kodu və nömrəni saxlamaq şərti ilə) həmin abunəçiyə xidmət göstərən mobil operatorun şəbəkəsindən çıxarılaraq digər mobil operatorun şəbəkəsinə daşınmasına imkan yaradır. Qeyd olunan xidmətin respublikamızda ilk dəfə tətbiq edildiyi və bununla bağlı abunəçilərin xidmətə olan maraqları nəzərə alınaraq, mövcud şəbəkələr və müştəri xidmətlərinin tam hazırlıq vəziyyətinə gətirilməsi üçün Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən aidiyyəti operatorlara müvafiq tapşırıqlar verilib. Xidmətin əsas məqsədi mövcud telekommunikasiya bazarında rəqabətin artırılmasına, operatorlar tərəfindən abunəçilərə göstərilən xidmət keyfiyyətinin yüksəldilməsinə, nömrə resurslarından effektiv istifadənin təmin edilməsinə, istehlakçı hüquqlarının qorunmasına, abunəçilərin daha səmərəli xidmət təklifi təqdim edən operatorun şəbəkəsinə maneəsiz keçməsinə şərait yaratmaqdan ibarətdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bank Respublika və EIB Global arasında Mərkəzi Bankın hedc mexanizminin tətbiqi ilə kredit sazişi bağlandı
İqtisadiyyat 13:08
Bank Respublika və EIB Global arasında Mərkəzi Bankın hedc mexanizminin tətbiqi ilə kredit sazişi bağlandı
Yelo Bank bayram günlərində xidmətində olacaq
İqtisadiyyat 13:05
Yelo Bank bayram günlərində xidmətində olacaq
Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
İqtisadiyyat 11:54
Sahibkarlar üçün yeni imkanlar: Unibank Visa Platinum Business kartı
Yanvarda xarici ticarət dövriyyəsi 25% azalıb
İqtisadiyyat 11:38
Yanvarda xarici ticarət dövriyyəsi 25% azalıb

Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
İqtisadiyyat 10:30
Yelo Bank-dan aztəminatlı ailələrə bayram sevinci
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 10:06
Azərbaycan nefti bahalaşıb
Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 09:27
Qızıl və gümüş ucuzlaşıb

"Brent" neftinin qiyməti 112 dolları ötüb
İqtisadiyyat 09:24
"Brent" neftinin qiyməti 112 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol