• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Azərbaycan EDB səhmdarı ola bilər

Azərbaycan EDB səhmdarı ola bilər
05.12.2024 14:55
Azərbaycan Avrasiya İnkişaf Bankının (EDB) artan səhmdarlarından biri ola bilər. Bu barədə EDB-nin idarə heyətinin sədri Nikolay Podquzov bildirib. 

"Biz səhmdarlarımızın sayını artırmaq niyyətindəyik və Avrasiya regionunda fəaliyyət göstərən bank olaraq ilk növbədə regiondakı qonşu ölkələrin namizədliyini nəzərdən keçiririk.  Aydındır ki, Türkmənistan, Monqolustan və ya Azərbaycan kimi ölkələr bankın həqiqi tərəfdaşları ola bilər. Yaxın Şərq ölkələri Mərkəzi Asiya regionuna investisiya yatırmaqda maraqlıdır",  -  Podquzov bildirib.

EDB-nin sədr həmçinin yeni namizədlərin adının  gələn il elan oluna biləcəyini də vurğulayıb. 

"Danışıqlar prosesinin hər hansı konkret nəticələri ilə bağlı hələlik məlumat verməyə hazır deyiləm. Lakin  2025-ci ildə biz banka daxil olacaq yeni namizəd ölkələr barədə daha məlumatlı olacaq və coğrafi olaraq fəaliyyətimizi genişləndirəcəyik", - Podquzov bildirib.

Beynəlxalqinkişaf bankı olan EDB-nin nizamnamə kapitalı $7 milyarddır. Hazırda 6 ölkə bankın səhmdarıdır.  Özbəkistanın bankın səhmdarı elan edilsə də bu ölkənin daxil olma proseduru hələ bitməyib.
 
Aytac Zeynalova


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb
İqtisadiyyat 17:39
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % artıb
İqtisadiyyat 17:37
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % artıb
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
İqtisadiyyat 15:49
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
Çin və Azərbaycan şirkətlərinin qoyduğu investiyaların həcmi açıqlanıb
İqtisadiyyat 15:27
Çin və Azərbaycan şirkətlərinin qoyduğu investiyaların həcmi açıqlanıb
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük tərəfdaşıdır
İqtisadiyyat 15:11
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük tərəfdaşıdır
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır
İqtisadiyyat 14:56
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır
Ölkədə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
İqtisadiyyat 11:45
Ölkədə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Azərbaycanın valyuta ehtiyatlarının tərkibi açıqlanıb
İqtisadiyyat 11:31
Azərbaycanın valyuta ehtiyatlarının tərkibi açıqlanıb
AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb
İqtisadiyyat 11:03
AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol