• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP

24.01.2025 18:16
2025-ci ildə "Şəfəq" Günəş Elektrik Stansiyasının (GES) tikintisi üzrə yekun investisiya qərarının (FID) qəbul ediləcəyi gözlənilir. Bu səbəbdən layihə üzrə bütün əsas tikinti işlərinin bu il  başlanması planlaşdırılır.Bu barədə BP-nin Xəzər regionu üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli cümə günü jurnalistlərə məlumat verib.

"Yekun investisiya qərarından sonra EPC (mühəndislik, satınalma və tikinti) müqavilələri imzalanacaq, avadanlıqlar seçiləcək və 12 noyabr 2024-cü ildə təməli qoyulmuş, Azərbaycanın Cəbrayıl rayonunda yerləşən 240 MVt gücündə GES-in əsas tikinti işləri başlayacaq", –  Aslanbəyli qeyd edib.

O əlavə edib ki, minalardan təmizləmə işləri artıq başa çatıb. 

FID-in ümumi məbləği dəqiqləşdirilir və 200 milyon ABŞ dollarından çox ola bilər.

2024-cü ilin payızında Azərbaycan hökuməti ilə "Shafag (Jebrayil) Solar Limited" əməliyyat şirkəti arasında İnvestisiya Sazişi, eləcə də Azərbaycan Energetika Nazirliyi ilə "Shafag (Jebrayil) Solar Limited" arasında Torpaq İcarə Sazişi imzalanıb.

"Şəfəq" Günəş Elektrik Stansiyasının illik istehsal gücü 500 milyon kVt/saat  təşkil edəcək ki, bu da  120–150 milyon kubmetr təbii qaza qənaəti etməyə imkan verəcək.  Bununla yanaşı, illik karbon emissiyalarının 260,000–330,000 ton azalacağı proqnozlaşdırılır.

"Şəfəq" GES-in əsas səhmdarları BP (50.01%), SOCAR Green (39.99%) və Azərbaycan İnvestisiya Şirkətidir (10%).
 
Firayə Nurizadə
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol