• $ 1.7
  • € 1.7517
  • ₽ 1.7594
  • ₺ 0.0472
  • £ 2.1013

BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir

BP
24.01.2025 18:37
BP gələn həftə "Şahdəniz" yatağında yeni  platformanın tikintisi üzrə  "Ətraf mühitin və sosial təsirin dəyərləndirilməsi” sənədini ictimaiyyətə təqdim edəcək, layihə üzrə investisiya qərarının verilməsi isə bu ilin sonunda planlaşdırılır. Bunu jurnalistlərə açıqlamasında BP-nin vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

"Gələn həftə layihə üzrə  "Ətraf mühitin və sosial təsirin dəyərləndirilməsi” sənədi hazır olacaq . Bu barədə icyimaiyyətə elan veriləcək. Bundan sonra layihə üzrə əlavə tədbirlər həyata keçiriləcək”, - o bildirib.

O həmçinin qeyd edib ki, BP  "Şahdəniz” layihəsi üzrə birinci və ikinci fazada  hasilatın pik həddinə çatıb. 
 
"Hasilatın daha uzun müddətli platada saxlanılması üçün tədbirlər həyata keçirilir. Bunlardan biri də "Şahdəniz Compression” layihəsidir. Layihənin əsas mahiyyəti  Compressorlardan ibarət platfotmanın qurulması və hasilatın pik həddə saxlanılmasıdır”-,  bp-nin vitse-prezidenti qeyd edib.
 
Qlobal enerji tendensiyalarına uyğun olaraq, yeni platforma hasilat sahəsində yerində heyət olmadan tam avtomatlaşdırılmış rejimdə fəaliyyət göstərəcək.  Şahdəniz yatağındakı mövcud Alpha və Bravo platformalarından aşağı təzyiqli qaz yeni obyektə yönləndiriləcək. Daha sonra qaz Səngəçal terminalına nəql edilməzdən əvvəl sıxılacaq və emal olunaraq ixrac ediləcək.
 
Şahdəniz layihəsi uzun illərdir Azərbaycanın enerji strategiyasının əsas dayaqlarından biri olub. Layihə Avropanı təbii qazla təmin edən və enerji mənbələrini diversifikasiya etməyə kömək edən Cənub Qaz Dəhlizi vasitəsilə qaz tədarükünü həyata keçirir.
 
Yeni platforma BP-nin yatağın tam potensialından istifadə etmək niyyətini nümayiş etdirir, eyni zamanda aşağı təzyiqli qazın hasilatı kimi texniki problemləri həll etməyə yönəlib.

Şahdənizin genişləndirilməsi Azərbaycanın enerji bazarındakı mövqeyini gücləndirəcək,  Avropanın Rusiya qazından asılılığını azaltmağa çalışdığı bir vaxtda, Şahdənizin genişləndirilən hasilat gücünün Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da artıracağı gözlənilir.
 
Enerji sahəsi üzrə analitiklər həmçinin qeyd edirlər ki, yeni platformanın tam avtomatlaşdırılması əməliyyat səmərəliliyini artıracaq və xərcləri azaldacaq.

Şahdəniz yatağı üzrə Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS)  1996-cı il iyunun 4-də tarixində Bakıda SOCAR və xarici şirkətlərin konsorsiumu arasında imzalanıb.  HPBS Milli Məclis tərəfindən ratifikasiya edilərək həmin il  oktyabrın 17-də qüvvəyə minib.

Şahdəniz dünyanın ən böyük qaz-kondensat yataqlarından biridir və BP-nin indiyə qədər kəşf etdiyi ən böyük qaz yataqlarındandır. "Şahdəniz" Xəzər dənizinin dərinsulu şelfində, Bakıdan 70 km cənub-şərqdə, dənizin 50 metrdən 600 metrədək dərinliyində yerləşir.

Sahəsi 140 kvadrat kilometrdən çox olan yataq 1999-cu ildə kəşf edilib.   Yatağda ilkin hesablamalara görə təxminən 1 trilyon kubmetr qaz və 2 milyard barel kondensat ehtiyatı var.

Bu günə qədər "Şahdəniz" yatağında ümumilikdə 32 quyu, o cümlədən "Şahdəniz 1" çərçivəsində 11, "Şahdəniz 22 çərçivəsində isə 21 quyu qazılıb. Bu quyulardan 19-u hazırda istismardadır.
 
Firayə Nurizadə



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
İqtisadiyyat 16:08
Azərbaycanın yeni maliyyə naziri təyin edilib
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
İqtisadiyyat 16:30
Coca-Cola məhsullarını Avropa bazarından geri çəkir, bəs Azərbaycandan?- AÇIQLAMA
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
İqtisadiyyat 15:34
Avropa İttifaqı Cənubi Qafqazda yol tikir
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib  – KazMunayQaz
İqtisadiyyat 19:10
Kaşaqan neftinin ilk partiyası Bakıya göndərilib – KazMunayQaz
Bəzi hərbçilərin maaşları 10% artırılıb
İqtisadiyyat 17:18
Bəzi hərbçilərin maaşları 10% artırılıb
BP
İqtisadiyyat 18:37
BP "Şahdəniz" yatağında yeni platforma tikmək niyyətindədir
İqtisadiyyat 18:16
"Şəfəq" GES ilə bağlı investisiya qərarı bu il veriləcək - BP
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
İqtisadiyyat 12:29
Mərkəzi Bank istehlakçıların hüquqları ilə bağlı yeni sənəd hazırlayır
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
İqtisadiyyat 11:28
2025-ci ildə inflyasiya 5,5% təşkil edəcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol