Aktiv vergi ödəyicilərinin sayı artıb

Ölkədə aktiv vergi ödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 0,3 faiz artaraq 809,2 min təşkil edib. Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Aktiv ƏDV ödəyicilərinin sayı isə 2,9 faiz artaraq 54,4 min, aktiv təsərrüfat subyektlərinin (obyektlərinin) sayı 1,3 faiz artıb və 220,3 min olub.
2019-cu ildən bəri ölkədə aktiv vergi ödəyicilərinin sayı 1,8 dəfə artaraq 2025-ci ilin əvvəlinə 807 min təşkil edib.
Aytac
Son xəbərlər
Daha çox 