MyGov.az-la inteqrasiya ABB Home-da ipoteka kreditini daha da rahat və əlçatan etdi!

Universal maliyyə xidmətlərinin müştərilər üçün daha rahat və əlçatan olması üçün ABB
inteqrasiya proseslərini davam etdirir. Bank MyGov.az platforması ilə inteqrasiya proseslərini də
uğurla həyata keçirib.
Azərbaycanın rəqəmsal hökumət platforması olan MyGov.az ABB-nin xidmətlərindən
istifadə zamanı heç bir əlavə vaxt sərf etmədən bütün vacib sənədlərə və dövlət xidmətlərinə
rəqəmsal formada çıxış imkanı yaradır.
Bu yenilik ABB Home-da ipoteka krediti üçün müraciət zamanı da müştəriyə geniş
imkanlar verir. Belə ki, ABB-nin xidmətlərinin MyGov.az-la inteqrasiyası sayəsində ölkəmizdə
ilk dəfə olaraq müştərilər ipoteka krediti üçün tələb olunan aşağıdakı sənədləri də artıq heç bir
yerə getmədən birbaşa “İpoteka kabineti”ndən əldə edə bilirlər:
1. Ailə tərkibi haqqında məlumat
2. Subaylıq haqqında məlumat
3.Nikahın bağlanması haqqında məlumat
4.Nikahın pozulması haqqında məlumat
Qeyd edək ki, bundan başqa, iş yeri və gəlirə dair məlumatı, həmçinin şəxsiyyət vəsiqəsi
məlumatını da “İpoteka kabineti”ndən almaq mümkündür.
18 yaşı tamam olmuş hər bir vətəndaşımız abbhome.az saytındakı “İpoteka kabineti”ndə
qeydiyyatdan keçib, ona ayrıla biləcək daxili ipoteka krediti məbləğini öyrənmək, kredit məhsulu
üçün onlayn müraciət etmək imkanına malikdir.
Müştərilər “İpoteka kabineti”ndə müraciətlərinin icrası prosesini addım-addım izləyə və
kreditin filialda rəsmiləşdirilməsi mərhələsinədək olan bütün əməliyyatları kabinetdə icra edə
bilərlər. “İpoteka kabineti”ndə ABB-də mövcud olan ipoteka kreditləri barədə bütün məlumatları
əldə etmək, kredit ödənişini rahat şəkildə həyata keçirmək olar.
ABB-nin öz tərəfdaşları ilə birgə yaratdığı bu yeniliklər Azərbaycanda rəqəmsal xidmət
ekosisteminin inkişafına mühüm töhfələr verir.
ABB-nin müasir, faydalı, universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial
və şöbələrindən, //abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat
Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Son xəbərlər
Daha çox 