Hava nəqliyyatı ilə sərnişin daşımalar artıb

2025-ci ilin birinci rübündə ölkədə hava nəqliyyatı ilə 865,3 min və ya 6,6% çox sərnişin daşınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.
Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,5% azalaraq 97,9 min ton səviyyəsində olub.
2040-cı ilə qədər hava nəqliyyatına tələbat ildə orta hesabla 3,4 % artacaq. Bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən Ümumdünya Aeronaviqasiya Sammiti və Mülki Aviasiya Aeronaviqasiya Xidməti Təşkilatının (CANSO) 28-ci illik ümumi iclasında bildirib. bildirib.
Aytac