Mərkəzi Bank banklara yeni kapitallıq tələbi qoyub

Mərkəzi Bank 2025-ci ilin mart ayından etibarən banklara 5 faiz kapitallıq tələbi tətbiq edib. Bank sektorunun ümumi mənfəəti 1 milyard manatı ötüb. Bu barədə Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə bildirib.
“Bununla belə, faiz marjalarındakı azalma və əməliyyat xərclərinin artması səbəbindən 30 milyon manatlıq geriləmə qeydə alınıb”, - o əlavə edib.
Ötən il banklar 600 milyon manata yaxın dividendlər ödəyib, bunun 466 milyonu son rübdə həyata keçirilib.
Kapitalın gəlirliliyi 18.1 faiz, aktivlərin gəlirliliyi isə 8.1 faiz təşkil edib.
Stres ssenariləri və kapitallılıq riskinə gəlincə o bildirib ki, stres ssenarisində bank sektorunun kapitalı maksimum 14.7 faiz azala bilər.
“Bu azalma əsasən kredit risklərinin artması ilə bağlıdır. Eyni zamanda yüksək riskli aktivlərin payının artması və onların təminat dəyərinin azalması əlavə təsir yarada bilər”, - o bildirib.
Ümumilikdə isə Mərkəzi Bank bildirir ki, mövcud göstəricilər bank sektorunun stres şəraitində belə sabitliyini qoruya biləcəyini göstərir.
N.Təbrizli