Deputat hesab edir ki, Hesablama Palatası dövlət qurumları ilə nöqsanları detallı təqdim etmir

Hesablama Palatasının hesabatlarında əldə olunan audit nəticələrin detallarla təqdim olunması vacibdir. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov "Hesablama Palatası"nın hesabatına münasibət bildirərək deyib.
"Hesabatın təkmilləşməsini müşahidə edirik. Eyni zamanda hesabatda daha çox konservatik yanaşma görürürük. Əldə edilən nəticələrin ümumiləşməsi müşahidə olunur. Audit nəticələrin detalla təqdim edilməsi mühümdür. Təqdim edilən məlumatlarda ciddi faktlar qeyd edilir. Amma konkret dövlət qurumları üzrə məlumatlar təqdim olunmur. Əhər bu detallar təqdim olunarsa həm ictimaiyət həm də bizim qurumlarda baş verən pozuntuları görmək imkanımız olar", - deputat aprelin 15-də Milli Məclisdə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində çıxışında deyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox 