• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır
21.04.2025 14:13

 

Azercell və UiPath Azərbaycanda biznesin avtomatlaşdırılması və süni intellektin tətbiqi sahəsində əməkdaşlığa başlayır

Lider mobil operator korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini təqdim edir

Ölkənin lider mobil operatoru Azercell rəqəmsal transformasiya strategiyasının növbəti mərhələsində korporativ müştərilər üçün Robotik Avtomatlaşdırma Həlli (RPA) xidmətini istifadəyə verir. Yeni xidmət biznesin avtomatlaşdırılması və süni intellekt texnologiyaları sahəsində qlobal liderlərdən biri olan UiPath (NYSE: PATH) ilə qurulmuş strateji tərəfdaşlıq çərçivəsində təqdim olunur.

Bu əməkdaşlıq yerli müəssisələrə daxili prosesləri sadələşdirməyi, əməliyyatların səmərəliliyini artırmağı və ağıllı avtomatlaşdırma texnologiyaları vasitəsilə resurslardan daha effektiv istifadəni mümkün edir.

Azercell-in təqdim etdiyi RPA platforması orta və iri bizneslər üçün nəzərdə tutulub və gündəlik iş axınında əlavə vaxt, resurs tələb edən, təkrarlanan proseslərin avtomatlaşdırılmasına şərait yaradır. Bu texnologiya müəssisələrə əməliyyat dəqiqliyini artırmaq və məhsuldarlığı yüksəltməklə yanaşı, iş yükünün daha effektiv bölüşdürülməsinə imkan verir. Ətraflı məlumat üçün: //www.azercell.com/az/corporate/iot/rpa.html

Tərəflər arasında əməkdaşlığın yeni perspektivləri və Azercell-in RPA sahəsindəki bir illik təcrübəsi “Azercell Telekom” MMC-nin prezidenti Zərinə Zeynalova və UiPath şirkətinin Türkiyə və Şərqi Avropa üzrə vitse-prezidenti cənab Tuğrul Cora arasında keçirilən görüşdə müzakirə olunub.

“Ölkənin rəqəmsal ekosisteminin aparıcı qüvvələrindən biri olaraq Azercell biznes tərəfdaşlarının avtomatlaşdırma texnologiyalarından faydalanmasına dəstək verməyə hazırdır,” – deyə Zərinə Zeynalova bildirib.  “Artıq şirkət daxilində bir neçə istiqamətdə RPA həllərini tətbiq etmişik və bu texnologiyanın məhsuldarlıq, dəqiqlik və ümumi əməliyyat səmərəliliyinə əhəmiyyətli töhfələr verdiyini aydın şəkildə müşahidə edirik. Süni intellekt əsaslı innovativ platformamız korporativ müştərilərimizin gündəlik əməliyyatlarını sadələşdirməyə xidmət edir. Əsas məqsədimiz transformasiya dövründə müştərilərimiz üçün etibarlı biznes tərəfdaşı olmaqdır.”

Cənab Tuğrul Cora isə əməkdaşlıqla bağlı fikirlərini belə ifadə edib: “Azercell ilə əməkdaşlığımız şirkətin daxili proseslərinin rəqəmsal transformasiyasına mühüm töhfə verib. Əldə olunan nəticələr məhsuldarlığın və əməliyyat səmərəliliyinin əhəmiyyətli dərəcədə artdığını göstərir. İnanırıq ki, süni intellekt və avtomatlaşdırma texnologiyalarının Azərbaycanda sürətli tətbiqi bizneslərin rəqabət qabiliyyətinin və ümumi məhsuldarlığın yüksəlməsinə ciddi təsir göstərəcək. Azercell ilə tərəfdaşlıq çərçivəsində yerli müəssisələrin rəqəmsal transformasiya yolunda uğur qazanmalarına dəstək verməyi hədəfləyirik.”

Görüş çərçivəsində tərəflər Azərbaycanda rəqəmsal innovasiyaların inkişafı istiqamətində gələcək strateji təşəbbüsləri də müzakirə ediblər.

 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:17
Azərbaycan nefti bahalaşıb
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
İqtisadiyyat 14:21
SOCAR AÇG-də sərbəst qaz ehtiyatlarını yaxın vaxtlarda açıqlamağı gözləyir
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
İqtisadiyyat 14:07
SOCAR və BP AÇG-də yekun neftvermə əmsalını 40%-dən yuxarı qiymətləndirir
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
İqtisadiyyat 13:55
: AÇG-də neft hasilatının illik azalma tempi 3%-ə enib
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
İqtisadiyyat 12:26
Azərbaycanda aqrar sektor 1 %-dən çox böyüyüb
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
İqtisadiyyat 11:43
500-ə yaxın qadın sahibkara 22 milyon manatdan çox güzəştli kredit verilib
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
İqtisadiyyat 11:03
ÜDM 10 ayda 1,7% artıb, neft-qaz sektorunda azalma qeydə alınıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:05
Azərbaycan nefti ucuzlaşıb
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:19
Bu günün valyuta məzənnələri açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol