Ölkədə nağdsız əməliyyatların həcmi artıb

2025-ci ilin martında ölkədaxili nağdsız əməliyyatların həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 1.2 dəfə artıb. Bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) məlumat yayıb.
Belə ki, ötən ay Azərbaycanda kartlar vasitəsilə həyata keçirilən ölkədaxili nağdsız ödənişlərin həcmi 6,562 milyon manat təşkil edib.
Həyata keçirilən nağdsız ödənişlərin 5,668 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 890 milyon manatı POS-terminallar, 2.5 miyon manatı isə özünə xidmət terminalları vasitəsilə həyata keçirilib.
İlin əvvəlindən ödəniş kartları ilə nağdsız ölkədaxili əməliyyatların həcmi ölkədaxili kart əməliyyatlarının 67%-ni təşkil edib.
Ötən ilin martın sonu ilə müqayisədə bankomatların sayı 7%, POS-terminalların sayı 38% artıb.
Aytac
Son xəbərlər
Daha çox 