Azərbaycan BOKT-ları birinci rübdə zərər edib

2025-ci ilin birinci rübündə ölkədə bank olmayan kredit təşkilatları (BOKT) 31.6 milyon manat xalis zərər ediblər. Bu rəqəm ötən ilin müvafiq dövründə 32.9 milyon manat xalis mənfəət olub. Bu barədə Azərbaycan Mərkəzi Bankı məlumat yayıb.
Belə ki, bu dövrdə BOKT-ların əməliyyat mənfəəti 51% artaraq 63.4 milyon manat təşkil edib.
Hesabat dövründə sözügedən kredit təşkilatlarının xalis faiz gəliri 39.8 mln. manat təşkil edib ki, bu da illik müqayisədə 25.9% çoxdur.
Hesabat tarixinə BOKT-ların aktivləri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14% artaraq 938.9 milyon manat, öhdəlikləri isə 12% artaraq 517.1 milyon manat təşkil edib.
2025-ci aprel ayının 1-nə BOKT-ların cəmi kapitalı 421.8 milyon manat olub ki, bu da illik müqayisədə 16.7% çoxdur.
2023-cü ilin yanvarın 1-nə "Finans Invest”in aktivləri 1 milyon 510 min manat olub ki, bu da illik müqayisədə 13.5% azdır. Bunun 1 milyon 252 min manatı müştərilərə verilmiş xalis kreditlərdir.
"Finans İnvest” 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 300 min manatdır.
BOKT "Finans İnvest” 2022-ci ili 111 min manat zərərlə başa vurmuşdu.
Aytac
Son xəbərlər
Daha çox 