• $
  • €
  • ₽
  • ₺
  • £

BirbankPrivatebeynəlxalq “International Investor” nəşri tərəfindən“ Best Private Banking Azerbaijan”mükafatına layiq görüldü

BirbankPrivatebeynəlxalq “International Investor” nəşri tərəfindən“ Best Private Banking Azerbaijan”mükafatına layiq görüldü
02.05.2025 15:18

Fərdi yanaşması, yüksək xidmət standartları və müştəriməmnuniyyətinə verdiyi dəyərlə seçilən Birbank Private beynəlxalq maliyyə nəşri olan “International Investor”tərəfindən 2025-ci il üzrə “Best Private BankingAzerbaijan” mükafatına layiq görülüb. Bu mükafat, həm dəBirbank Private-in müştərilərinə göstərdiyi üstün və unikalxidmət təcrübəsinin beynəlxalq miqyasda təsdiqidir. BöyükBritaniyada nəşr olunan “International Investor” beynəlxalqinvestisiya və maliyyə sahəsində innovasiya, liderlik vəperformans üzrə dünyanın aparıcı şirkətlərinin yer aldığıjurnallardan biridir.

Fərdi yanaşma prinsipini əsas götürən Birbank Private müştərilərinə bank hesablarının idarə edilməsi, hər növmaliyyə məsələləri üzrə peşəkar məsləhət, individual bank xidmətləri və peşəkar şəxsi menecer kimi imkanları təqdimedir. İstənilən maliyyə ehtiyacını qarşılayan xüsusi kredittəklifləri, fərdi faiz şərtləri ilə təqdim olunan kreditlərmüştərilərə maksimum rahatlıqla yanaşı, vaxta qənaətfürsəti də qazandırır. Bununla yanaşı, müştərilər seçdikləri valyutada “Birbank Premium” kartlarına sahib ola bilərlər.

Qeyd edək ki, Birbank Private müştəriləri hava limanlarında ödənişsiz sürətli keçid (“Fast Track”), “Business Lounge” premium zallarına giriş, geniş sığorta paketi, transfer və 24/7 konsyerj xidmətləri daxil olmaqla daima yenilənən bir sıra fərqli üstünlüklərdən yararlana bilirlər. Həmçinin alış-veriş zamanı xüsusi endirimlər, premium otellərdə əlavə fürsətlər və seçilmiş tədbirlərəeksklüziv giriş imkanı da təqdim olunur.

Müştərilər üçün investisiya sahəsində də geniş imkanlar mövcuddur. Portfel idarəçiliyi, depozitlər, istənilən növ qiymətli kağızlar və dəyərli əşyaların qorunması üçün depozit seyfi kimi məhsullar fərdi ehtiyaclara uyğun şəkildə təqdim olunur. Depozit məhsullarında həm yerli, həm də xarici valyutada sərbəst şərtlərlə əmanət yerləşdirmək də mümkündür. 

Yüksək xidmət standartlarını fərdi müştərilərinə daha da əlçatan etmək üçün Birbank Private yaxın günlərdə Neftçilər prospekti 153, Port Baku 2 ünvanında yerləşən yeni filialının açılışını edib. Yeni konsepsiya əsasında qurulan bu filial həftə içi 5 gün saat 9:00-dan 17:00-a qədər müştərilərə ən yüksək səviyyədə fərdi bankçılıq xidmətləri göstərir.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
İqtisadiyyat 16:57
“INMerge 2026” innovasiya sammitinə 94 ölkədən 1300-dən çox startap müraciəti daxil olub
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
İqtisadiyyat 16:24
“PAŞA Holding”in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
İqtisadiyyat 16:00
TAP kəməri ilə Avropaya nəql olunan qazın həcmi açıqlanıb
ABB ölkəmizdə insan kapitalını araşdırdı
İqtisadiyyat 12:52
ABB ölkəmizdə insan kapitalını araşdırdı
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
İqtisadiyyat 12:49
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
İqtisadiyyat 12:35
Kazımov maliyyə sektorunun yeni inkişaf strategiyasını açıqlayıb
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
İqtisadiyyat 12:31
Taleh Kazımov: Bank sektorunda kredit portfeli 10 ayda 14 faiz artıb
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
İqtisadiyyat 12:28
Mərkəzi Bank 2027-ci ildə qeyri-neft ÜDM-in 4,3 faiz artacağını proqnozlaşdırır
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
İqtisadiyyat 12:21
Nazir: vergi islahatları ilə bağlı gözləntilərimiz özünü doğruldub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol