ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək!

7 may 2025-ci il tarixində ABB Səhmdarlarının Ümumi Yığıncağı keçirilib.
Yığıncaqda ABB-nin 2024-cü il üzrə kənar auditor tərəfindən təqdim olunmuş
maliyyə hesabatı təsdiqlənib, bir sıra təşkilati məsələlərə baxılıb, eyni zamanda
2024-cü ilin maliyyə nəticələrinə əsasən, ABB-nin səhmdarlarına dividendin
ödənilməsinə qərar verilib.
Bankın İdarə Heyətinin sədri Abbas İbrahimov keçirdiyi mətbuat
konfransında bununla bağlı qərarı elan edərək bildirib ki, ötən ilin mənfəətindən
səhmdarlara 200 000 000 manat məbləğində dividend ödəniləcək.
Onun sözlərinə görə, bu, son 7 ildə səhmdarlarına ardıcıl şəkildə yüksək
dividendlər ödəyən ABB-nin ayırdığı rekord dividend məbləğidir. Beləliklə,
ABB-nin hər bir səhminin illik gəlirlilik səviyyəsi nominal qiymətlə 15,6%-ə
yüksəlib.
Hazırda ABB-nin 30 mindən çox səhmdarı var. Bankın nizamnamə
kapitalının strukturunda dövlətin iştirak payı 92.18%-dir. Bu bölgüyə uyğun
olaraq dividendin 184 000 000 manatı dövlət büdcəsinə, 16 000 000 manatı isə
digər səhmdarlara ödəniləcək.
“Qürur duyuruq ki, 30 mindən çox vətəndaşımızla gəlirlərimizi
bölüşəcəyik. Həmçinin bu ilin dividend ödənişini də nəzərə alsaq, son illər
ərzində ABB-nin dövlət büdcəsinə və digər sosial yönümlü layihələrə ödədiyi
vəsaitlərin ümumi məbləği 1,6 milyard manata çatacaq” – Abbas İbrahimov
bildirib.
İdarə Heyətinin sədri jurnalistlərə ABB-nin 2024-cü il, eləcə də cari ilin
yanvar-aprel ayları üzrə fəaliyyəti, həyata keçirdiyi strateji inkişaf layihələri
haqqında ətraflı məlumat verib.
Mətbuat konfransında ABB-nin 2024-cü il üzrə Dayanıqlı İnkişaf Hesabatı
da təqdim olunub. Media nümayəndələrini maraqlandıran çoxsaylı suallar
cavablandırılıb.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə
məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/ rəsmi internet
səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin sosial
şəbəkələrdəki korporativ səhifələrindən əldə etmək olar.
Son xəbərlər
Daha çox 