• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib

Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
19.05.2025 16:42

2025-ci ilin yanvar-aprel ayları ərzində Azərbaycana 82 milyon 838 min ABŞ dolları dəyərində 261 min 576 ədəd smartfon idxal edilib.

” Dövlət Statistika Komitəsinin məlumatına görəi, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici say baxımından 27.8% və ya 72 min 772 ədəd, dəyər baxımından isə 11.6% və ya 10.8 milyon ABŞ dolları azdır. Belə ki, 2024-cü ilin ilk 4 ayı ərzində ölkəyə 93 milyon 657.5 min dollar dəyərində 334 min 348 ədəd smartfon gətirilib.

Hesabat dövründə ölkəyə gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 538.4 manat təşkil edib. Bu göstərici əvvəlki ilin müvafiq dövründə 475.5 manat idi.

Bu dövrdə ölkəyə smartfon əsasən Çindən (213 min 304 ədəd), Vyetnamdan (43 min 550 ədəd), Hindistandan (4488 ədəd) və Koreyadan ( 230 ədəd ) gətirilib. Bu məhsul Çindən 500 manata, Vyetnamdan 703 manata, Hindistandan 790 manata, Koreyadan isə 204 manata idxal edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
İqtisadiyyat 17:20
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
İqtisadiyyat 16:42
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İqtisadiyyat 15:37
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İnvestisiya imkanı artıq Yelo App-də!
İqtisadiyyat 15:09
İnvestisiya imkanı artıq Yelo App-də!
Azərbaycandan turist axını artıb
İqtisadiyyat 12:42
Azərbaycandan turist axını artıb
"Bitcoin"in qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:31
"Bitcoin"in qiyməti ucuzlaşıb
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb
İqtisadiyyat 10:22
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb
Dünya birjalarında neft ucuzlaşıb
İqtisadiyyat 10:21
Dünya birjalarında neft ucuzlaşıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:58
Qızılın qiyməti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol