• $ 1.7
  • € 1.9044
  • ₽ 0.02125
  • ₺ 0.0438
  • £ 2.264

TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq

TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
19.05.2025 17:20

TAP AG boru kəməri şirkəti bu illin sonunadək Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) fəaliyyətindən yaranan istixana qazı emissiyalarını 5 % azaltmağı planlaşdırır.

Bu barədə şirkətdən məlumat verilib.

"Dekarbonizasiya hədəflərinə sadiqliyimiz çərçivəsində biz öz əməliyyatlarımızda 2050-ci ilə qədər iqlim neytrallığına nail olmağa çalışırıq. Əsas diqqətimizi qısa, orta və uzunmüddətli perspektivdə istixana qazı emissiyalarının azaldılmasında ən böyük təsir göstərən təşəbbüslərə, həmçinin enerji səmərəliliyini artıran tədbirlərə yönəldirik", - TAP AG-dən bildirilib.

Şirkətin məlumatına görə, TAP-ın karbon qazı emissiyalarının 90 %-dən çoxu qaz kompressorlarının işi ilə bağlıdır. Bildirilib ki, bu kontekstdə mövcud və gələcək kompressor stansiyalarında yeni elektrik kompressorlarının quraşdırılması imkanı nəzərdən keçirilir.

"2022-2025-ci illər üçün karbon idarəetmə planımız cari ilin sonuna qədər qısamüddətli hədəfləri nəzərdə tutur, Buraya TAP-ın istixana qazı emissiyalarının proqnozla müqayisədə 5 %, metan emissiyalarının 8 % azaldılması, həmçinin 2021-ci ildə sızmaların aşkarlanması və aradan qaldırılması kampaniyasının nəticələri ilə müqayisədə qeyri-mütəşəkkil (fugitiv) emissiyaların 54 % azaldılması daxildir", - TAP AG-dən bildirilib.

Şirkət həmçinin qeyd edib ki, ötən il TAP AG illik proqnozla müqayisədə ümumi istixana qazı emissiyalarını təxminən 20 %, metan emissiyalarını isə təxminən 58 % azaltmağa nail olub.

Xatırladaq ki, Trans-Adriatik Boru Kəmərinin tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, km-i isə İtaliya ərazisindən keçir. Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükünə 2020-ci il dekabrın 31-dən başlanılıb.

Azərbaycan və Avropa İttifaqı arasında əldə edilən razılaşmaya əsasən, 2027-ci ilə qədər Azərbaycan qazının tədarükü ildə azı 16 milyard kubmetrə çatmalıdır. TAP-ın genişləndirilməsinin birinci mərhələsi çərçivəsində İtaliya 1 milyard kubmetr, Albaniya isə 200 milyon kubmetr Azərbaycan qazı alacaq.

İndiyədək TAP vasitəsilə Azərbaycandan Avropaya 45,6 milyard kubmetr qaz tədarük edilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
İqtisadiyyat 17:20
TAP AG 2026-cı ilə qədər qaz kəmərinin emissiyalarını 5 % azaldacaq
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
İqtisadiyyat 16:42
Bu il Azərbaycana 260 mindən çox smartfon idxal edilib
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İqtisadiyyat 15:37
Birbank Biznes Qəbələdə sahibkarlarla bir araya gəldi
İnvestisiya imkanı artıq Yelo App-də!
İqtisadiyyat 15:09
İnvestisiya imkanı artıq Yelo App-də!
Azərbaycandan turist axını artıb
İqtisadiyyat 12:42
Azərbaycandan turist axını artıb
"Bitcoin"in qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:31
"Bitcoin"in qiyməti ucuzlaşıb
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb
İqtisadiyyat 10:22
Bank Respublika EBRD tərəfindən üçüncü il ardıcıl olaraq “Azərbaycanda ən fəal emitent-bank” adına layiq görülüb
Dünya birjalarında neft ucuzlaşıb
İqtisadiyyat 10:21
Dünya birjalarında neft ucuzlaşıb
Qızılın qiyməti bahalaşıb
İqtisadiyyat 09:58
Qızılın qiyməti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol