Azərbaycan Qvineya-Bisauda neft və qızıl çıxara bilər

Qvineya-Bisau 2025-ci ilin sonunadək Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) ilə perspektiv əməkdaşlıq çərçivəsini müəyyən etməyi planlaşdırır. Bu barədə ölkənin Biomüxtəliflik, Ekologiya və İqlim Dəyişikliyi naziri Viriato Luis Soares Kassama bildirib.
"Keçən ay Qvineya-Bisau nümayəndə heyəti Bakıya səfər edib , SOCAR və AzerGold ilə danışıqlar aparıb. Hazırda bu Azərbaycan şirkətləri ilə mümkün əməkdaşlığın çərçivəsinin hazırlanması üzrə konkret işlər aparılır. Xüsusilə SOCAR-ın dəniz yataqlarında neft və qazın axtarışı və hasilatı sahəsindəki təcrübəsi bizim üçün maraqlıdır, çünki Qvineya-Bisau Atlantik okeanı sahilində perspektivli karbohidrogen sahələrinə malikdir," — Soares Kassama qeyd edib.
AzerGold-a gəldikdə isə, 2024-cü ilin dekabrında Qvineya-Bisau ərazisində perspektivli qızıl yataqlarının ilkin ehtiyatlarının qiymətləndirilməsi barədə razılıq əldə olunub.
"Qvineya-Bisauda mədən sənayesi inkişafın ilkin mərhələsindədir və müasir tədqiqat metodları vasitəsilə perspektivli dəniz yataqlarının (SOCAR-ın köməyi ilə) və qiymətli metal sahələrinin (AzerGold-un dəstəyi ilə) müəyyənləşdirilməsinə böyük ehtiyac var," — SOCAR nazir vurğulayıb.