Azərbaycandan Aİ-ə çağırış

Azərbaycan Avropaya təbii qaz tədarükünü artırmağa hazırdır, lakin bunun üçün uzunmüddətli müqavilələr və investisiya risklərinin azaldılması tələb olunur.Bunu energetika nazirinin müavini Kamal Abbasov bildirib.
"Əgər Avropa İttifaqı Azərbaycandan əlavə qaz istəyirsə, uzunmüddətli müqavilələr, investisiya risklərinin azaldılmasına dəstək və ya əlavə qaz hasilatı üçün maliyyələşdirmə lazımdır," — Abbasov deyib.
Daha əvvəl SOCAR-ın nümayəndəsi Vitali Bəylərbəyov bildirib ki, Xəzər dənizində yerləşən Abşeron qaz-kondensat yatağının ikinci fazası üzrə yekun investisiya qərarının (FID) 2025-ci ildə qəbul ediləcəyi gözlənilir. İkinci fazanın istismara verilməsi 2028-ci ilin sonu və ya 2029-cu ilin əvvəlinə planlaşdırılır.
"Bu layihə Azərbaycanda hasilata ildə ən azı 4.5 milyard kubmetr əlavə qaz qatacaq," — deyərək o, əlavə edib ki, layihənin icra müddəti $2.9 milyard dəyərində olan və Şahdəniz yatağında tikiləcək yeni kompressor platformasının istifadəyə verilməsi ilə üst-üstə düşəcək.
Bu platforma ümumi istismar müddətində 50 milyard kubmetrədək əlavə qaz hasil edəcək.
Abşeron yatağının birinci fazasından qaz hasilatı 2023-cü ilin iyulunda, Şahdəniz yatağından isə 2006-cı ilin dekabrında başlayıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 