Azərbaycanın valyuta ehtiyatlarının tərkibi açıqlanıb

Azərbaycan Mərkəzi Bankı (AMB) 2024-cü ilin sonuna valyuta ehtiyatlarının tərkibini açıqlayıb.
Bankın məlumatına görə, ehtiyatların 87%-i ABŞ dolları, 3%-i avro, 2%-i Çin yuanı, 1%-i İngiltərə funt-sterlinqi, 7%-i isə Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqlarında (SDR) saxlanılıb.
Valyuta ehtiyatları əməliyyat tranşı və gəlirliliyin artırılması məqsədilə investisiya tranşına bölünməklə idarə edilib. Ehtiyatların idarəsində investisiya dərəcəli kredit reytinqinə malik dövlət və kvazi-dövlət borc öhdəliklərinə yatırım edilib, daxili idarəetmə ilə yanaşı, xarici aktiv menecerlərlə əməkdaşlıq davam etdirilib.
Mərkəzi Bank bildirib ki, valyuta ehtiyatları yüksək gəlirlilik və artan geosiyasi və geoiqtisadi qeyri-müəyyənliklər şəraitində idarə olunub. Alternativ valyutalara investisiyaların artırılması istiqamətində də işlər aparılıb.
N.Təbrizli
Son xəbərlər
Daha çox 