Azərbaycanda gömrük xətti ilə toplanan vəsait daha yüksəkdir

Azərbaycanda gömrük xətti ilə adambaşına toplanan vəsait 660 dollardır, Amerikada isə bu rəqəm 300 dollardır. Bunu Milli Məclisin deputatı Qüdrət Həsənquliyev deyib.
“Azərbaycanda gömrük xətti ilə adambaşına toplanan vəsait 660 dollardır, Amerikada isə bu rəqəm 300 dollardır. Bu hökuməti narahat etməlidir. İdxalın həcmi bizdə çox böyükdür. Özümüz isə istehsalla məşğul ola bilmirik”, - deputat bildirib.
Deputat həmçinin təklif edib ki, iqtisadi cinayətlərlə bağlı Dövlət Vergi Xidməti məşğul olmalıdır.
Həsənquliyev həmçinin dövlət müəssisələrinin özəlləşdirilməsinin vacib olduğunu qeyd edib.
Gülnar Nazimqızı