“Azeri Light” neftinin qiyməti 76 dollar həddindən aşağı düşüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,85 ABŞ dolları və ya 2,38 % azalaraq 75,79 dollar təşkil edib. Bu barədə neft bazarındakı mənbələr məlumat verib.
Beynəlxalq hərraclarda “Brent” markalı neftin avqust fyuçersləri 73,63 dollar səviyyəsində qərarlaşıb.
Türkiyənin Ceyhan limanında FOB bazasında satılan “Azeri Light” neftinin qiyməti isə 1,93 dollar və ya 2,53 % azalaraq 74,46 dollar olub.
Azərbaycanın 2025-ci il dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 dollar götürülüb.
“Azeri Light” markalı neftin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 dollar), ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb. Azərbaycan nefti əsasən “Azəri-Çıraq-Günəşli” yataqlar bloku çərçivəsində hasil olunur. Bu layihədə SOCAR-ın payı 31,65 % təşkil edir.
N.Təbrizli