Bakıda ticarət dövriyyəsinin həcmi artıb

2025-ci ilin ilin beş ayında paytaxda pərakəndə ticarət dövriyyəsinin həcmi 13 milyard 761,5 milyon manat olub. Bu da ötən illə müqayisədə 4,7 % çoxdur. Bu barədə Bakı şəhər Statistika İdarəsindən məlumat verilib.
Ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin yanvar-mayı ilə müqayisədə 5,7 % artaraq 7 milyard 508,1 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 3,8 % artaraq 6 milyard 253,4 milyon manat olub.
İstehlak məhsullarının 39,6 %-i hüquqi şəxs statuslu müəssisələrdə, 51,6 %-i fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 8,8 %-i isə paytaxtın məhsul bazarlarında satılıb.
Aytac