Beş ayda orta aylıq əməkhaqqı 9,1% artıb

2025-ci ilin yanvar-may aylarında Azərbaycanda muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 9,1% artaraq 1095 manat təşkil edib. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Əməkhaqqı səviyyəsinin ən yüksək olduğu sahələrə mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı daxildir.
Gülnar Nazimqızı