Moody’s Azərbaycanın kredit reytinqini investisiya səviyyəsinə yüksəldib

Ölkədə həyata keçirilən uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyası beynəlxalq reytinq agentliklərinin son qiymətləndirmələrində öz təsdiqini tapır. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Moody’s beynəlxalq reytinq agentliyi Azərbaycan Respublikasının kredit reytinqini ‘Ba1’ səviyyəsindən ‘Baa3’ səviyyəsinə – yəni investisiya kateqoriyasına yüksəldib,” – nazir bildirib.
Cabbarov əlavə edib ki, bundan əvvəl Fitch Ratings agentliyi də ölkənin suveren kredit reytinqini artırmışdı.
“Bu qiymətləndirmələr ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin effektivliyini bir daha təsdiqləyir,” – nazir vurğulayıb.
N. Təbrizli