Ölkədə aqrar sektor böyüyüb

2025 yanvar-mayında Azərbaycanda 6 milyard 640 milyon manat dəyərində kənd təsərrüfatı məhsulları istehsal edilib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,4 % çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Son 1 ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 1,8 % artaraq 3 milyard 166,9 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1 % artaraq 3 milyard 473,1 milyon manat təşkil edib.
2025-ci ilin birinci rübündə aqrar sektorda ötən ilin eyni dövrü ilə müqayisədə 1,9%-lik artım olub. Bunu Kənd Təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
Aytac