• $ 1.7
  • € 2.0052
  • ₽ 0.022154
  • ₺ 0.039
  • £ 2.3052

Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya ixrac olunacaq

Azərbaycan qazı Türkiyə üzərindən Suriyaya ixrac olunacaq
14.07.2025 08:53

Azərbaycan Suriyada enerji böhranının yüngülləşdirilməsi məqsədilə bu ölkəyə təbii qaz ixracına başlayacaq. Qaz nəqli Türkiyə ərazisindən həyata keçiriləcək və 1 milyard kubmetr təşkil edəcək.

Bu barədə razılaşma  Suriyanın yeni prezidenti Əhməd Əş-Şəraa-nın Bakıya rəsmi səfəri və Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi görüş zamanı əldə olunub.

Tərəflər enerji sahəsində əməkdaşlığın inkişaf etdirilməsi niyyətini bəyan edibvə SOCAR ilə Suriya Ərəb Respublikası arasında Anlaşma Memorandumu imzalanıb.

Rəsmi Bakının bəyanatında qeyd olunub ki, Azərbaycan Suriyanın enerji infrastrukturunun bərpasına dəstək verməyə hazırdır.

SOCAR-ın qaz tədarükündə iştirakı Türkiyənin energetika naziri Alparslan Bayraktar tərəfindən də təsdiqlənib.

Qazın yeni Kilis–Azaz–Əl-Bab–Hələb xətti ilə daşınması planlaşdırılır. İlk mərhələdə qaz Hələbə göndəriləcək, sonrakı mərhələdə isə onun Homs şəhərinə qədər nəqli nəzərdə tutulur.

Rəsmi məlumatlara görə, Türkiyə Suriyaya illik təxminən 2 milyard kubmetr qaz tədarükünü planlaşdırır.

Bundan əlavə, Ankaranın Suriyaya 1000 meqavatadək elektrik enerjisi ixracı da gündəmdədir.

Suriya və Azərbaycan bu ilin əvvəlindən enerji əməkdaşlığı üzrə dialoqu intensivləşdirib.

Görüş zamanı həmçinin Suriyanın neft hasilatının bərpası imkanları — həm quruda, həm də Şərqi Aralıq dənizi şelfində — müzakirə olunub.

Vətəndaş müharibəsindən əvvəl Suriya gündəlik 300-400 min barel neft hasil edib.

2025-ci ilin yanvarında SOCAR Turkiye Dəməşqdə yeni hökumətlə neft-qaz sahəsində əməkdaşlıq imkanlarını araşdırmaqda maraqlı olduğunu bildirib.

Bu təşəbbüs Azərbaycan, Türkiyə və Suriyanı əhatə edən genişmiqyaslı enerji koalisiyasının formalaşmasından xəbər verir.

N.Təbrizli

Oxşar xəbərlər
Oxşar xəbərlər
ABB təcrübəsi qlobal jurnalın 100 illik
yubiley buraxılışında!
İqtisadiyyat 12:39
ABB təcrübəsi qlobal jurnalın 100 illik yubiley buraxılışında!
Azərbaycan Gömrük Komitəsində yeni təyinatlar
İqtisadiyyat 11:35
Azərbaycan Gömrük Komitəsində yeni təyinatlar
Bakı və Vaşinqton enerji tərəfdaşlığının yeni mərhələsini müzakirə edib
İqtisadiyyat 10:52
Bakı və Vaşinqton enerji tərəfdaşlığının yeni mərhələsini müzakirə edib
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:39
Əmtəə bazarlarında qızıl və gümüş ucuzlaşıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:48
Azərbaycan nefti bahalaşıb
SOCAR-ın Kulevi terminalı Aİ sanksiyalarına düşə bilər — əsas məqamlar
İqtisadiyyat 08:32
SOCAR-ın Kulevi terminalı Aİ sanksiyalarına düşə bilər — əsas məqamlar
Slovakiya və Azərbaycan 210 milyon avro dəyərində minaatan tədarükü barədə razılaşıb
Siyasət 16:03
Slovakiya və Azərbaycan 210 milyon avro dəyərində minaatan tədarükü barədə razılaşıb
Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
İqtisadiyyat 13:20
Azərbaycan və BƏƏ arasında ticarət əməkdaşlığının gücləndirilməsi müzakirə edilib
Yelo Bank-da innovativ QR ilə ödəniş aktivdir!
İqtisadiyyat 11:08
Yelo Bank-da innovativ QR ilə ödəniş aktivdir!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol