BTC boru kəməri iıə ixrac edilən neft spesifikasiyalara uyğundur

BTC Co şirkəti Bakı–Tbilisi–Ceyhan (BTC) boru kəməri boyunca neftin keyfiyyətinə dair qiymətləndirməni başa çatdırıb və Ceyhan terminalına qədər olan bütün obyektlərdə neftin texniki tələblərə uyğun olduğunu təsdiqləyib.
Şirkətin məlumatına görə, Ceyhan terminalındakı bəzi çənlərdə üzvi xloridlərin mövcudluğu aşkarlanıb. Sözügedən çənlər təcrid edilib, problemin aradan qaldırılması və hadisənin araşdırılması ilə bağlı tədbirlər görülür.
Hazırda Ceyhan terminalında yalnız texniki spesifikasiyalara cavab verən çənlərdən neft yükləmələri davam etdirilir. BTC boru kəməri ilə ixrac da fasiləsiz şəkildə davam edir.
BTC Co əlavə edib ki, Ceyhanda hər bir yükləmədən əvvəl nümunə götürmələri davam etdirəcək və hər partiyanın spesifikasiyalara uyğunluğunu təmin edəcək.
N.Təbrizli